525.Az

Səlim Müslümovdan yeni təyinat


 

Səlim Müslümovdan yeni təyinat<b style="color:red"></b> Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının birgə layihəsi olan “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin öz əsas komponentləri üzrə icra mexanizminin təkmilləşdirilməsi istiqamətində islahatyönümlü tədbirlərə başlanılıb.

Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Tədbirlər çərçivəsində nazir Səlim Müslümovun əmri ilə Elnur Süleymanov Layihənin direktoru təyin olunub. E. Süleymanov 1976-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, 2000-ci ildə Asiya
Universitetinin hüquq fakültəsini bitirib. 2003-2005-ci illərdə Moskva şəhərində “Ali İqtisadiyyat Məktəbi” Dövlət Universiteti yanında Ali Menecment Məktəbində strateji menecmentlik ixtisası üzrə MBA dərəcəsinə yiyələnib. Rusiya Sahibkarlıq Akademiyasının aspirantıdır.  2012-2013-cü illərdə “Soqlasie” MMC-nin Baş direktoru və İdarə Heyətinin sədri, 2013-cü ilin may ayından hazırkı dövrədək NPO MAKSS GRUPP şirkətinin Müşahidə Şurasının sədri olub. Türk, rus və ingilis dillərini mükəmməl bilir.
 
Onu da qeyd edək ki, müasir bazar iqtisadiyyatının tələbləri ilə uyğunlaşan keyfiyyətli əmək ehtiyatları bazasının yaradılması, sosial təminat sisteminin təkmilləşdirilməsində yeni texnologiyaların tətbiqi, xidmət sferasında avtomatlaşdırmanın təmin olunması kimi işlərdə Layihənin imkanlarından daha səmərəli istifadə olunacaq.
 





30.05.2014    çap et  çap et