525.Az

"Tələbə baharı" festivalının qala konserti olub


 

"Tələbə baharı" festivalının qala konserti olub<b style="color:red"></b>

Qubada yerləşən "Yaşıl Teatr"da VIII "Tələbə baharı" Festivalının qala konserti keçirilib.

Gənclər İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə gənclər idman nazirinin müavini İntiqam Babayev, Quba rayon İcra Hakimiyyətinin rəsmiləri, ATGTİ-nin sədri Şahin İsmayılov digər şəxslər iştirak ediblər.

Quba şəhərində baş tutan festivalda 9 universitetin 200-dən çox tələbəsi 28 nömrə təqdim edib. Festivalın sonunda iştirakçılara Gənclər İdman Nazirliyinin diplomları hədiyyələr təqdim olunub.

Festivalın keçirilməsində məqsəd tələbə-yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri orada fəaliyyət göstərən dərnəklər arasında tələbə mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaqdır. Asudə vaxtın səmərəli təşkil edilməsi sahəsində səylərin gücləndirilməsi, yeni ünsiyyət əlaqələrin formalaşdırılması da əsas istiqamətlərdən biridir.

Qeyd edək ki, aprelin 2-3- Festivalın seçim mərhələləri keçirilib seçim turlarında 20-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiyalar üzrə öz istedadlarını nümayiş etdirib.

 





30.05.2014    çap et  çap et