525.Az

“Gördüyüm və sevdiyim Nazim Hikmət”


 

Abbas Abdullanın təqdimatında:

“Gördüyüm və sevdiyim Nazim Hikmət” <b style="color:red"></b>

Bugünlərdə şair Abbas Abdullanın “Gördüyüm və sevdiyim Nazim Hikmət” kitabı nəşr edilib. Önsözdə müəllif Nazimi bir türk kimi tanıdığını türk kimi sevdiyini vurğulayıb: “Sovetlər Birliyində türk sözü, türk milləti bizim üçün qadağan olunanda o, bizim özünün türk olduğunu var səsi ilə elan edirdi. Bütün bunları dilə gətirdiyimə görə Türkiyədə millətçilər , solçular da mənə düşmən kimi baxırdılar. Sağçıların kommunist milliyyətçi kimi təqdim etməyim xoşlarına gəlmirdi, solçuların da onun kommunistliyini dilə gətirməməyim. Mən sözümdən dönmürəm, Nazim Sovetlər Birliyində türk idi türkçü idi”.

 

Kitabda A. Abdullanın N.Hikmətin  85 illiyinə həsr olunmuş Bakıqəzetində dərc edilən məqaləsi, 1994- ildə İstanbulda Baş konsul işləyərkən bir toplantıda yubilyarla bağlı söylədiyi məruzə böyük türk şairinə sevgisini isbatlayan şeirləri yer alıb.

 

S.ABDULLAYEVA

 

 





31.05.2014    çap et  çap et