525.Az

“Yada düşdü” jurnalının yeni sayı çıxıb


 

“Yada düşdü” jurnalının yeni sayı çıxıb<b style="color:red"></b>

“Yada düşdü” ədəbi-bədii, nostalji jurnalının bu yaxınlarda işıq üzü görən sayı Bəxtiyar Qaracanın Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş “Həqiqətin böyüyü...” yazısı ilə açılır.

Jurnalın baş redaktoru Nahid HacızadəninYazıçıya yazmaq qalacaqməqaləsi Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyinə həsr edilib.

Şəfəq NasirYaddaşımı göynədən xatirələryazısında babası, jurnalist Məmmədəli Nəsirli ilə bağlı xatirələrini qələmə alıb.

Jurnalda Fikrət Qocanın, Cabir Novruzun, Ötərxan Eltacın şeirləri,  Salatın ƏhmədlininTəndir yarasıhekayəsi dərc edilib.

Hüseyn Şərqi SoytürkDaşnaksütyun onun quruluşunun ideologiyasından söz açıb.

Jurnalın ənənəviUşaqlar, ay uşaqlarrubrikasında maraqlı materiallar yer alıb.

Əbülfət MədətoğlununMöcüzə axtaran səyyahyazısında şair-publisist Sona VəliyevanınArazbarıkitabı haqqında fikir mülahizələri öz əksini tapıb.

Firuz MustafaMənim tanıdığım İsmayıl Şıxlıməqaləsində ustad sənətkarla bağlı xatirələrini bölüşüb.

Nahid HacızadəninNurlu ömüryazısı şair Teymur Elçinin 90 illiyinə ithaf olunub.

Jurnalda həmçinin Südabə İrəvanlı, Kamil İsmayıl, Təranə Balayeva, Zöhrə Fərəcovanın müəllifi olduğu maraqlı yazılar işıq üzü görüb.

S.ABDULLAYEVA

 





31.05.2014    çap et  çap et