525.Az

UNESCO Baş Konfransının prezidenti Mədəniyyət və Turizm Nazirliyində olub


 

UNESCO Baş Konfransının prezidenti Mədəniyyət və Turizm Nazirliyində olub <b style="color:red"></b>

UNESCO-nun Baş Konfransının prezidenti Hao Pingin ölkəmizə səfəri çərçivəsində Mədəniyyət Turizm Nazirliyində görüş keçiriılib.

 

Nazirliyin mətbuat xidmətindən “525”ə verilən məlumata görə, görüşdə mədəniyyət turizm naziri Əbülfəs Qarayev AzərbaycanUNESCO əməkdaşlığının tarixi, cari vəziyyəti gələcək perspektivləri barədə qonağa məlumat verib: “Hazırda bu əməkdaşlıq Azərbaycan Prezidenti İlham Əliyev ölkənin birinci xanımı, UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə özünün inkişaf dövrünü yaşayır.

 

Azərbaycanın Qobustan qayaüstü İçərişəhər kimi tarixi abidələri UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, muğam, aşıq, tar ifaçılığı, xalça sənətləri, Novruz bayramı, çövkənQarabağ atüstü oyunu isə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Ötən il UNESCO ilə Azərbaycan hökuməti arasında 5 illik çərçivə sazişi imzalanıb ki, bu saziş əsasında ölkəmiz UNESCO-nun beynəlxalq tədbirlərində maliyyə dəstəyi ilə çıxış edəcək”.

 

Azərbaycanda ilk dəfə səfərdə olduğunu deyən Hao Ping ölkəmizin inkişafının onda yüksək təəssürat doğurduğunu bildirib. O, həmçinin hazırda UNESCO-un Baş Konfransının prezidenti, eyni zamanda, Çinin təhsil nazirinin müavini, UNESCO üzrə Çini Milli Komissiyasının direktoru kimi Azərbaycanla sözügedən təşkilat Çin dövləti arasında humanitar sahədə qarşılıqlı əməkdaşlığın inkişafına töhfə vermək niyyətini bir daha önə çəkib.

 

S.ABDULLAYEVA

 

 

 





31.05.2014    çap et  çap et