525.Az

“Qala festivalı” və “Tullantıdan sənətə” sərgisi açılacaq


 

“Qala festivalı” və “Tullantıdan sənətə” sərgisi açılacaq <b style="color:red"></b>

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun dəstəyi ilə ənənəvi “Qala festivalı” və III beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılış mərasimi keçiriləcək.

 

Heydər Əliyev Fondundan “525”ə verilən həmin gün Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində təşkil olunacaq festivalda respublika üzrə orta ümumtəhsil internat məktəblərindən, uşaq evlərindən, qaçqın məcburi köçkün ailələrindən 3000-dək uşaq iştirak edəcək.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-cu ildən keçirilən festival xalqımızın zəngin tarixi keçmişini ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq təbliğ etmək məqsədi daşıyır.

 

Festival çərçivəsində açıq səma altında istedadlı uşaqların əl işləri nümayiş etdiriləcək, rəqs ansambllarının çıxışı olacaq, müxtəlif interaktiv oyunlar təşkil ediləcək.

 

1 iyunUşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində keçiriləcək festivala Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistan, Bosniya Herseqovina, Rusiya Federasiyası digər ölkələrdən uşaqlar dəvət olunub. Qala qəsəbəsində həmin gün daha bir layihəninIII beynəlxalqTullantıdan sənətəsərgisinin açılış mərasimi olacaq.

 

Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz ŞəhərAçıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığı, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, “İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Galleryincəsənət qalereyasının dəstəyi ilə keçiriləcək sərgidə məişət tullantılarından hazırlanan müxtəlif sənət nümunələri nümayiş etdiriləcək.

 

Sərgidə Azərbaycan ilə yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya, Niderland, İspaniya, Türkiyə, Çexiya, Kuba, Kolumbiya Yaponiyadan olan sənətkarların da əl işləri təqdim olunacaq.

 

Sərginin əsas məqsədi insanlara ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, planetin ekoloji sağlamlığına qayğı ilə yanaşmanı təbliğ etmək, insanları israfçılıqdan yayındırmaq onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

 

Layihədə iştirak edən sənətkarlar istifadəyə yararsız hesab olunan kağız, avtomobil hissələri, şüşə, dəmir qırıqları digər tullantılara ikinci həyat verirlər. Bununla dalazımsız əşyalar toplusudan hətta incəsənət əsərləri düzəltməyin mümkün olduğunu bir daha nümayiş etdirirlər.

 

Artıq 3- dəfə keçirilən bu beynəlxalq tədbirin Qala qəsəbəsində təşkili isə təsadüfi deyildir. 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü iləTəmiz ŞəhərASC Qala qəsəbəsində tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması üzrəTəmiz Qalapilot layihəsini həyata keçirir.

 

Layihənin məqsədi Qala qəsəbəsində tullantıların çeşidlənmiş şəkildə toplanması, daşınması təkrar emalını müasir şəkildə təşkil etməkdir. Buna uyğun olaraq, tullantıların vaxtlı-vaxtında toplanması daşınması ilə yanaşı, onların əhali tərəfindən üzvi qeyri-üzvi tullantılar üzrə çeşidlənməsi üçün Qala qəsəbəsində müxtəlif konteynerlər quraşdırılıb.

 

İyunun 3-dək davam edəcək sərgini izləmək istəyən hər bir kəsin iştirakını təmin etmək məqsədilə İçərişəhərdənQoşa qala qapısının önündən saat 12:00 15:00-da olmaqla gündə iki dəfə pulsuz avtobus turları təşkil olunacaq.

 

S.ABDULLAYEVA

 

 





31.05.2014    çap et  çap et