525.Az

“Büllur sarayda”nın premyerası ilə bağlı mətbuat konfransı olub


 

“Büllur sarayda”nın premyerası ilə bağlı mətbuat konfransı olub<b style="color:red"></b>

“İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında “Büllur sarayda” tamaşasının premyerasına həsr olunmuş mətbuat konfransı keçirilib. Tamaşanın teatrın həyatında çox vacib əhəmiyyətli bir hadisə olduğunu vurğulayan S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski deyib: “İlyas Əfəndiyevin əsərləri həmişə aktualdır. “Büllur saraydabelə bir əbədi suala cavab axtarır: əhəmiyyətli olan nədir? mənəviyyat, yoxsa maddiyyat ? Müəllif müxtəlif personajlardan ibarət maraqlı qalereya yaratmağa müvəffəq olub. Dekorasiya üzrə rəssamlar Səkinə Zeynalova Aleksandr Fyodorov, geyim üzrə rəssam Olqa Abbasova tamaşanı baxımlı etmək üçün gözəl fon yaradıb”.

Aktrisa Həcər Ağayeva bildirmişdir ki, İlyas Əfəndiyevin pyesində Aynur rolunu ifa etmək onun üçün böyük şərəf məsuliyyətdir.

Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr edilmişBüllur saraydatamaşasının premyerası mayın 30-da S.Vurğun adına Azərbaycan Dövlət Rus dram Teatrında olacaq.

Tədbir İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq keçiriləcək. Pyes Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin dövlət sifarişi əsasında səhnələşdirilib.

S.ABDULLAYEVA

 





31.05.2014    çap et  çap et