525.Az

53 nömrəli məktəbdə “Son zəng” keçirildi (Fotolar)


 

53 nömrəli məktəbdə “Son zəng” keçirildi <b style="color:red">(Fotolar)</b>

Yasamal rayonundakı 53  №-li tam orta ümumtəhsil məktəbində təntənəli “Son zəng” tədbiri keçirilib.

Dövlət  himni səsləndikdən sonra məktəbin direktoru Firəngiz Həsənova əlamətdar gün münasibətilə onbirinciləri, birinciləri, onların valideynlərini və müəllimləri təbrik edib. Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğıdan, Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü uğurlu işlərdən bəhs edən F.Həsənova 53 nömrəli məktəbdə bu tədris ilində baş verən yeniliklərdən, nailiyyətlərdən danışıb. Bu il 100–dən artıq şagirdin doğma məktəbə əlvida dediyini  qeyd edən direktor onlara yeni-yeni müvəffəqiyyətlərə imza atmağı, məktəbin adını daim uca tutmağı arzulayıb. 

F.Həsənova çıxışının sonunda  məktəbin qabaqcıl müəllim və şagirdlərinə fəxri fərmanlar təqdim edib.

Tədbdirin bədii hissəsində isə onbirincilərin və birincilərin ifasında  maraqlı şeirlər səsləndirilib, mahnılar və rəqslər ifa edilib.

Sonda onbirincilər çıxış edərək bu illər ərzində dəstək olduqları üçün məktəb kollektivinə, müəllimlərə və valideynlərə təşəkkür edərək, onların etimadlarını doğruldacaqlarını vurğulayıblar.

Tədbir “Son zəng” sədaları ilə başa  çatıb.











 

 





01.06.2014    çap et  çap et