525.Az

Xarici diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu dayandırılıb


 

Xarici diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu dayandırılıb<b style="color:red"></b>

Azərbaycanda nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) ilə əlaqədar sənədlərin qəbulu müvəqqəti olaraq dayandırılıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, sənədlərin qəbulu iyunun 1-dən sentyabrın 1-dən aparılmayacaq.
 
Bu müddət ərzində yalnız həqiqi hərbi xidmətdə olan, dövlət xətti və Dövlət proqramı çərçivəsində təhsil alan, habelə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənəd təqdim edən vətəndaşların ərizələri qəbul olunur.
 
Ümumi qaydada sənəd qəbulu isə sentyabrın 1-dən bərpa olunacaq.

 





02.06.2014    çap et  çap et