525.Az

Komitə sədri: "Deputatların sayının artırılması gündəmdə deyil"


 

Komitə sədri: "Deputatların sayının artırılması gündəmdə deyil"<b style="color:red"></b>

“Mən vaxtı ilə seçki sistemindəki dəyişikliklə bağlı Konstitusiyaya edilən dəyişikliklərin tərəfdarı olmuşam. Yəni, proporsional seçki sisteminin majoritar sistemlə əvəz olunmasının tərəfdarı olmuşam, indi də hazırkı sistemin tərəfdarıyam”.

525.az-ın məlumatına görə, bu barədə jurnalistlərlə söhbətində Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib. Komitə sədri qeyd edib ki, hazırkı seçki sistemi ən ideal sistemdir və yenidən proporsional sistemə keçilməsinə ehtiyac yoxdur.

“Mən bu təkliflərin əleyhinəyəm və hesab edirəm ki, hazırkı tam majoritar sistem daha münasibdir”-deyə,o, sözlərinə əlavə edib. Ə. Hüseynli son günlər parlamentdə deputatların sayının artırılması ilə bağlı edilən təkliflərə də münasibət bildirib. Ə.Hüseynli jurnalistlərlə söhbətində belə bir dəyişikliyə ehtiyac olmadığını bildirib. Onun bildirdiyinə görə, hazırda komitənin gündəliyində bununla bağlı heç bir məsələ yoxdur.

“Deputatların sayının artırılması kimi məsələ bizim hüquq ictimaiyyətində, Konstitusiya qanunvericiliyilə məşğul olan təşkilatlar arasında gündəmdə deyil, müzakirə olunmur”-deyə,o, sözlərinə əlavə edib. Qeyd edək ki, Azərbaycan millət vəkillərindən bir qismi MM-də deputatların sayının 150-yə çatdırılması ilə bağlı təkliflər edib.

Kamil Həmzəoğlu

 





23.10.2012    çap et  çap et