525.Az

“Cənnətdən yuxarı”: üzü Qarabağa doğru...


 

“Cənnətdən yuxarı”: üzü Qarabağa doğru... <b style="color:red"></b>

İstedadlı jurnalist, yazıçı Təranə VahidinCənnətdən yuxarıadlı kitabı məni düşmən tapdağında olan, doğulduğum yurda apardı. Onun bir şahid kimi qələmə aldıqlarının çoxunu mən gözlərimlə bir daha gördüm, bir daha o müsibətli anları yaşadım... “Müharibə, nənəm itən vaxthekayəsi elə bil qanıma işlədi. Gözlərim açıldı. Oxuya-oxuya həm olanlar gözlərim önündə canlandı, həm ürəyimdə yazmağa başladım. Oxuduqca içimə söz töküldü...

 

... “Kənd maşına köçüb qurtarandan sonra hay-haray kəsildi. Qənimət kişinin kal səsi eşidildi:

 

Ədil kişi getmir!”

 

...Yadıma qonşularımız Rəhimlə Bəxtiyar əmi düşdü. Göydən od tökülsə onlar iki ayağını bir başmağa dirəyib Ədil kişi kimi kənddən çıxmadılar. Bəxtiyar əmininerməni gəlib məni dədəmin evindən çıxarmayacax ha...” deməsi heç yadımdan çıxmaz...

 

...“Maşındakılar gah kəndi ağlayırdılar, gah Ədili, gah da Nənəşi...” Nənəş ana kimi bizim kəndimizdə cavan, igid oğullarını itirən analar az deyildi. Onlar qədər çətin olsa da Bakıya, Şəkiyə... gəlmədilər. Üzü Yurda sarı bir koma qaraldıb içinə sığındılar...

 

T.Vahidin yazıları ürəyə elə hopur ki, torpağa su hopan kimi... Kitabın ön sözünün müəllifigörkəmli dramaturqumuz Əli Əmirlinin onun yazıları haqqında söylədiyi həqiqətlər oxucu qəlbindən xəbər verir. Doğrudan da Təranə xanımın yazıları gözəl şer kimi axıcı, ürəyəyatımlıdı. O, öz qəhrəmanlarından biri kimi düşünürəm torpaq, ağac, quş, çiçək... dilini bilir. Yoxsa onların səsini, nəfəsini belə duymazdı... 

 

... “Payız çinarların başındakı ən hündür yarpaqlara çatıb nəfəsini dərdi. Sonra yarpaqların uçuşu başladı...”

 

Onun ən kiçik yazısında belə böyük bir məna gizlənir. oxucu o gizli həqiqəti duyunca ürəyi əsir, sözlər onu alıb uzaqlara aparır qəlbinin dərinliklərinə kimi... “Səma çiçəyini oxuyarkən belə düşündüm.

 

... “Hiss etdi ki, çiyninə nəsə qondu. Qorxa-qorxa qanrılıb baxdı. Səma çiçəyindən biri saplağından üzülüb onun çiyninə qonmuşdu. O an, o an anladı ki, dünyadakı bütün qadınlara çiçək bağışlanılır. Mütləq bağışlanılır. Kiminə torpaqdan, kiminə səmadan dərilmiş çiçək...”

 

Müharibə təkcə torpağımızı, atamızı, evimizi əlimizdən almadı. Müharibə həm başqa neçə əzab gətirdi bizə... Ehtiyac adamların yaxasından yapışdı, gecə-gündüz onları haldan-hala saldı. Adam var evi-eşiyi, çox şeyi var amma həyatda özünə yer tapa bilmir, ailəsini ocaq başına toplaya bilmir. Bəs heç nəyin olmasa necə?...Böyük bacım üç körpə uşağını hərəsinin əynində bir qolsuz köynək çıxarmışdı kənddən...

 

“...Arvadının yad qapılarda işləməsi Səlimə ağır, çox ağır gəlirdi. Hansı kişi istəyər ki, gözəl-göyçək arvadı bir tikə çörəkdən ötrü tanımadığı qapıları döyüb yun çırpsın, döşək salsın, xəstəyə baxsın? Özü dünyanın belə baş-ayaq vaxtında...” (“Qızıl quyuhekayəsindən). “Qəbirqazanın fəlsəfəsiisə elə bir reallıqdır ki, onu heç cürə qəbul edə bilmirsən. Axı üçün belə olmalıdı? sualı ürəyinin başında səslənir... Bütün bunlar Təranə xanımın əsərlərində elə təbii cizgilərlə qələmə alınıb ki, oxucu uzun müddət o hadisələrin təsirindən ayrıla bilmir...

 

“...Pis dövrdə yaşadığını özü bilirdi. Bilirdi, amma əlindən gəlirdi. Həyat onu itələyə-itələyə qəbristanın açıq qapısından içəri itələmişdi. Günaşırı qəbristana gəlir, köhnə qəbir daşlarından birinin arxasına keçib pal-paltarını dəyişir vaxt itirmədən beli əlinə alıb sincab cəldliyi, göstəbək peşəkarlığı ilə qəbir qazırdı...” Sonra da

 

“...Sonra portfelini qoltuğuna vurub fəlsəfə doktoru kimi ikinci yerinə-akademiyaya yollandı. Bu gün o, Fəlsəfə İnstitutundaHəyatın fəlsəfəsimövzusunda məruzə edəcəkdi...”

 

Təranə xanımın yazıları oxucunu təkcə təəssüfləndirmir, həm onun qəlbini oxşayır, könlünü alır. Çünki ounun üçünQəlbin varı-sevgi...”di. Doğrudan daXırda adamların işığı özünü, böyük adamların işığı özgələrini xoşbəxt edir”. doğrudan daPis tərbiyə almış adam pis budanmış ağac kimidi. qədər çalışsa da nöqsanını ört-basdır edə bilmir”... 

 

Onun dili, bənzətmələri, söyləmələri, düşüncələri, sevgisi, yanmağı...da fərqlidi. Həm ona görə ki, ürəksiz heç yoxdu...

 

Yaddaşımı qurdaladım, nənəmin boğçası çıxdı. Bu boxçanın içindən çıxan bir xatirə idi. Görün yaddaşımda Qarabağla bağlı qədər xatirələr, qatı açılmamış dərdlər, ürəyimin qanı ilə çəkilmiş tablolar var. Yaxşı ki, yaddaşımız hələ üstümüzdədi”...

 

bir müəllifinHəsrətessesində söylədiyi kimi

 

“...- Bir gün dərd yağışı kəsəcək, gün çıxacaq. Eynən Qarabağdakı kimi. Bilmirəm o günü görmək bizə qismət olacaq, ya yox, amma o gün mütləq gələcək!..”

 

Əziz bacım, bunlar sənin yazdıqlarının yaza biləcəklərinin az bir qismidir. Odur ki, yeni uğurlarını gözləyirəm!

 

Mina RƏŞİD

 

 





02.06.2014    çap et  çap et