525.Az

Mərdliyin profilləri - Con F. Kennedi


 

İngiliscədən Telman Orucov tərcümə edib

Mərdliyin profilləri<b style="color:red"> - Con F. Kennedi</b>

(Əvvəli ötən şənbə sayımızda)

  

Con F.Kennedi

 

 

Həmin mitinqdə o, bir hadisə haqqında danışdı, and içdi ki bu, müharibə dövründə baş vermişdir. Lamar Konfederasiyanın digər görkəmli hərbçi mülki qulluqçuları ilə birlikdə Savanna limanının blokadası vaxtı gəmi göyərtəsində olmuşdu. Yüksək rütbəli qulluqçular məsləhətləşəndən sonra irəli getməyin təhlükəsiz olmasını qərar almalarına baxmayaraq, kapitan, dənizçi Billi Sammersi dor ağacının başına qalxmağa göndərdi ki, baxsın ki, oradan yankilərin (Cənublular Şimali amerikanları belə adlandırırdı, dünyada isə çox vaxt bütün amerikanları belə adlandırırlartərcüməçi) limanda kanonyorkaları (top daşıyan gəmitərcüməçi) vardır ya yoxdur Billi dedi ki, orada on ədədini görür. Qəribə orasında idi ki, qulluqçular bu yolla yanki gəmilərinin harada olduğunu bilirdilər bu, Savannada deyildir; onlar kapitana dedilər ki, Billi səhv edir gəmi irəli getməlidir. Kapitan imtina etdi, təkid etdi ki, qulluqçular hərbi işlər barədə çox şey bildikləri kimi, Billi Sammers dor ağacının başında güclü durbinlə baxır bilavasitə situasiyanın necə olduğunu mühakimə etməkdə daha yaxşı imkana malikdir.

 

Sonralar Billinin düzgün olduğu müəyyən edildi. Lamar dedi ki, əgər onlar irəli tərəfə üzsəydilər əsir götürüləcəkdilər. dənizçi Billi Sammers kimi o da özünün Missisipi Qanunvericiliyindən ağıllı olduğunu iddia etmir. Lakin o, inanır ki, Birləşmiş Ştatlar Senatının üzvü kimi o, nəyin seçicilərinin maraqları üçün daha yaxşı olduğu barədə mühakimə yürütmək üçün daha yaxşı mövqeyə malikdir.

 

Beləliklə, mənim yerlilərim, siz məni dor ağacının lap başına göndərmisiniz mən görürəmsə onu sizə deyirəm. Əgər siz deyirsinizsə ki, mən aşağı düşməliyəm, mızıldanmadan buna tabe olacağam, çünki siz məni məcbur edə bilməzsiniz ki, sizə yalan danışım, lakin əgər siz geri qaytarsanız, yalnız onu deyə bilərəm ki, mən öz ölkəmi, həqiqəti Allahı sevməkdə düz olmalıyam... Mən həmişə düşünmüşəm ki, respublikada ictimai adamın ilk borcu xalqın suverenliyinə əsaslanır. Bu, onun seçicilərinin rəyini açıq səmimi ifadə etməsidir. Mən Missisipi əhalisinin etimadını yüksək qiymətləndirirəm, lakin heç vaxt öz hərəkətimi populyarlıq standartına çevirməmişəm. Mən ictimai rəyə dərindən hörmət edirəm, lakin inanıram ki, hakimiyyət daşıyanların niyyətinin əvvəlki hüquqi vəziyyətinin şüurlu qaydada bərpa edilməsi vardır, bu da adi möhkəmliyə malik olan adamı istənilən şəraitdə müdafiə edir”.

 

Onun səfəri olduqca uğurlu oldu, ona düşmən olan adamlar, ümumiyyətlə onu dinləyəndə ona çətin inana bilərdilər, skamyaların stolların üstünə qalxıb, öz şlyapalarını yelləyir səsləri batana qədəruraqışqırırdılar. Digərləri sakitcə çıxıb gedirdi, onun sözlərinin əhəmiyyətini ölçüb, biçirdi. Yazuu qraflığında çıxış edən vaxt onun güclü əleyhdarı, Yazuu şəhərHeraldqəzeti xəbər verirdi ki, “buxtadakı şir kimio, yüzlərlə adamın əvvəldən olan qərarlarına qalib gəlirdi, onlar inanmağa başlayırdılar ki, müəyyən məsələlərdə onun baxışları Missisipidən çox Yeni İngiltərə coğrafi enliklərində daha yaxşı qəbul olunardı. az sonra Yazuu Demokratik Qraflıq Qurultayı qətnamə qəbul etdi ki, onların qanunvericiləriilk, axırıncı bütün zamanlarda ona səs verməli onun üçün işləməlidirlər, necə ki bu, Birləşmiş Ştatlar Senatoru üçün xalqın seçimidir”.

 

Bu səmimi bir işarə idi ki, Missisipi xalqı mühüm bir hadisəyə görəonun Çarlz Samner barədəki tərifli çıxışı, Elektoral Komissiyada respublikaçı Heysin seçilməsini yaxınlaşdıran qaydada səs verməsi sərbəst gümüşü güclü müdafiə etdiklərinin əksinə olması ilə Lamar onların bilavasitə arzularına qarşı olmasına baxmayaraq, onu dəstəkləməsini davam etdirir. Seçicilər onun göstərdiyi səmimiyyətə mərdliyə cavab verdilər; onlar ona bütün qalan siyasi həyatı boyu öz dəstəklərini verməklə yaxşı münasibətlərini göstərməkdə davam etdilər. O, böyük səs çoxluğu ilə yenidən Senata seçildi, sonralar Senatın Demokrat fraksiyasının sədri, daxili işlər katibi nəhayət, Birləşmiş Ştatlar Ali Məhkəməsinin hakimi oldu. Lakin o, Vətəndaş Müharibəsinə yaxın vaxtdan əsr dəyişənə qədər olan dövrdə Cənubun millətə verdiyi ən istedadlı dövlət xadimi olmaqla, 1878-ci ildəki acı hücum vaxtı heç vaxt belə dərin inamla öz düşüncəsini ifadə etməmişdi:

 

Mənim vətənimin azadlığı onun böyük mənafeləri heç vaxt təhlükəsiz olmayacaqdır, əgər ki, onun ictimai adamları sözün həqiqi mənasında təmsilçiləri olmaqla, bütöv ölkənin sonrakı nəsilləri gələcək mənafeləri üçün çalışmaq əvəzinə öz seçicilərinin binalarının sadəcə nökərləri olacaqdır”.

 

    

 

Dördüncü hissə

 

 

Zaman yer

 

    

 

Vicdan adamlarıhəm Respublikaçılar, həm massaçusetslilər  bütünlüklə öz siyasi fəlsəfələrində şəxsi davranışlarında bir-birinə bənzəmirdilərbu, iyirminci əsrin Senata xüsusilə siyasi mərdlik atmosferinə öz təsirini nümayiş etdirirdi. Corc Y.Norris Robert A.Taft, onların karyerası on yeddi il əvvəl qısa bir dövrdə keçmişdi, Qanunvericilik prosesinin ustaları, fundamental müxalif siyasi fraksiyaların liderləri, hər biri öz yolu ilə Konstitusiya doktrinalarının böyük təfsirçiləri idilər. Onların nailiyyətləri arasında Birləşmiş Ştatlar Senatına özlərinin onlara bənzərlərin gətirdikləri artan nüfuz hörmət heç kiçik məsələ deyildi. Çünki əsrin dönüşündə qabiliyyətli istedadlı adamlar üçün şöhrət qüdrət yolu siyasətdə deyil, məhz sənayedə idi. nəticə kimi ictimaiyyətin siyasi professiyaya münasibəti çox vaxt apatiya ilə, biganəliklə, hörmətsizliklə hətta əylənməklə xarakterizə olunurdu.

 

Senat siyasi professiyada nüfuzun itirilməsinə şərik çıxırdı. Bu müəyyən cəhətdən yeni növ qanunvericilərə olan ictimai reaksiyaya borclu idi, onlar 1900- ildə çox hallarda şişirdilmiş vəkil korporasiyalarından çirkli siyasi bosslardan ibarət idi. Senat göründüyü kimi azacıq təşviş drama doğururdu, bu da Vətəndaş Müharibəsinə aparan illərdə onun mövcudluğunun o qədər çox hissəsi, hakimiyyətin nüfuzun az hissəsi olmaqla, Consonun Qrantın administrasiyaları günlərində o qədər tunc möhkəmliyinə malik olmuşdu. Bu, müəyyən dərəcədə qanunvericilik məsələlərinin artan mürəkkəbliyi çoxluğu ilə əlaqədar idihətta Santo Dominqoya, Fort Samterə nisbətən daha uzaq görünürdü (Santo Dominqo müqaviləsinə maneə törətməsinə görə Teddi Ruzvelt (prezident Teodor Ruzvelttərcüməçi) onubütünlüklə səriştəsizadlandırmışdı) dövlət daxilindəki kommersiya” “sərbəst gümüşdəndaha az təşviş doğuran vəd edən bir reaksiya kimi görünürdü. Artıq böyük triumvirat günlərində olan kimi məşhur Senatorların adına bənzər evdarlıq sözləri yox idi. Artıq Böyük Kompromiss ya Conson impiçmenti günlərində olan kimi, Senatın müzakirələrinə bütöv millət nəfəs çəkmədən maraq göstərmirdi. Millətin parlaq məktəb uşaqları altmış ya yetmiş il əvvəl Uebsterin Heynə cavabını xatırlayırdısa, artıq siyasətlə bir karyera kimi maraqlanılmırdı.

 

Senatla əlaqəyə fəal maraq göstərən həmin vətəndaşlar iyirminci əsrə iftixardan daha çox ümumən həyəcanla baxmaq yoluna üstünlük verdilər. Millətin hər yerində islahatçılar, böhtançılar dəstəsi yaxşı idarə edənlər hərəkatı qalxdı, onlar Senatda yeni növ idealistləri istiqlalçıları, qabiliyyət adamlarını dövlət xadimlərini təmsil edirdilər. Onlar əvvəlki günlərin daha məşhur adları ilə bir sırada dayanacaqdılar. Seçicilərin öz Senatorlarına biganəliyinin Senatorların öz seçicilərinə laqeydliyinin ikili meyllərini cəlb etmək üçün Senatda ondan kənarda olan islahatçılar nəticədə seçki maşınında uzun müddət gecikmiş bir dəyişikliyə nail oldularSenatorların seçilməsi səlahiyyəti ştatların qanunvericiliyindən alındı birbaşa xalqa verildi.

 

1913- ildə ratifikasiya edilən On Yeddinci Düzəliş Konstitusiyanın yaradıcılarından 1787-ci ildə alınmış kimi, onların qiymətləndirdiyi etimadsızlığa görə seçicikütlələrinəmünasibətin çox fərqli olduğunu ifadə edirdilakin həm ştat qanunvericiliyinə hörmətin ümumi tənəzzülünü göstərirdi, bu isə çox hallarda qüdrətli lobbiçilər siyasi maşınlar tərəfindən seçilmiş Senatorların müqəddəs hüquqlarını qəsb edirdi. Dəmir yolu prezidenti Uilyam Lion Felpsə demişdi ki, o, özü heç vaxt Birləşmiş Ştatlar Senatoru olmağı arzu etməmişdir, çünki onların çoxunu özü Senator etmişdir. Buna əsaslanaraq, görkəmli Yeni İngiltərə Senatoru Y.E.Çandler özəl həyata istirahətə yollanmasını lakonik qaydadadəmir yolu qatarının onun üstündən hərəkət etməsinideməklə ifadə etmişdi.

 

On Yeddinci Düzəliş, demək olar ki, o saatca Senatı xalq iradəsinə daha çox məsuliyyətli olan etdi, özü həm nəzəriyyədə, həm praktikada. Buna şübhə etmək olmazdı; lakin onun effektləri çox uzağa getmədi Senatın görünüşünün dəyişilməsinin qrimlənməsi islahatçıların böyük mənada ümid etdiklərinə uyğun gəlmədi. Pennsilvaniyanın bossu Senator Boyes Penros islahatçı dostuna demişdi:

 

Hər zaman mənə xalqı ver! Mənə bax! Qanunvericilik heç vaxt cəsarət etməyəcəkdir ki, məni Senata seçsin, hətta Harrisburqa seçsin. Lakin xalq, əziz xalq, məni opponentimdən ümumən yarım milyon səs çoxluğu ilə seçmişdir. Sən sənin islahatçı dostların düşünür ki, birbaşa (müstəqimtərcüməçi) seçki mənim kimi olan adamları Senatdan çıxaracaqdır! Hər zaman xalqı mənə ver!”

 

Statistik ölçü ya elmi effekt yolu yox idi ( yoxdur) ki, Senatorların müstəqil seçilməsi kimi Senatın özünün keyfiyyətinə təsir göstərsin. Burada həm bütövlükdə Senat üçün fərdi qaydada Senatorlar üçün kasad, nifrətamiz tənqid ya bədxərcliklə edilən tərif yox idi. Lakin çox hallarda belə mühakimələr məhdud səbəblərdən ya təcrübələrdən ümumiləşdirməni əhatə edirdi. Misal üçün, Vudro Vilson (ABŞ prezidentitərcüməçi) ölümündən bir az əvvəl Millətlər Liqasının Versal Müqaviləsinin (Birinci Dünya müharibəsinin nəticələrini müzakirə edən Paris konfransının mühüm nəticələrindən biritərcüməçi) xeyrinə etdiyi cəhdlər Senat tərəfindən sillə ilə qarşılandı, onun Nyu-Cersidən Senatda yer tutması eyhamı da rədd edildi. Ona görə o, bəyan etdi ki, “Birləşmiş Ştatlardan kənarda Senat lənət olunmuş kimi hesab olunmur. Birləşmiş Ştatların daxilində  isə Senat, daha çox nifrət ediləndir; onlar əvvəlki əlli ildəki  düşüncəyə malik deyillər”. 1920-ci ildə çox adam Vilsonla razılaşırdı, bəziləri isə onun hissləri ilə bu gün razılaşır.

 

Lakin professor Vudro Vilsonun (o, görkəmli tarixçi idi, ABŞ tarixinə dair beşcildlik fundamental əsərin müəllifidirtərcüməçi) siyasi atəşin baptizminə başlıca hissi ondan ibarət idi ki, o, Senatı dünyada bacarıqlı ən qüdrətli qanunvericilik orqanı kimi qiymətləndirirdi. Hakimiyyətin bu hissəsində bacarıq buna qoşulmağa yol axtaran Senatorlardan tələb edirdi ki, federal qanunvericiliyin artan təsiri ilə daxili işlərin içinə tullansınlar. Lakin hətta daha vacibi o idi ki, Senat tədricən xarici işlər cəbhəsində hakimiyyətini artırırdıhakimiyyət millətin birliyində, bizim milli yüksəlişimiz böyüdükcə çoxalırdı, hakimiyyət Senatı on doqquzuncu əsrdə daha mühüm orqan etmişdi, onun qərarlarının əsl nəticələri quldarlıq məsələsi üstündə Senatda nəhayətsiz, lakin bəhrəsiz qaydada əziyyət çəkən Uebster, Kley Kalhounun parlaq hərəkətlərindən daha səmərəli idi.

 

Millət daxili böhran hesabına parçalandı. 1850-ci ildə Senatorlardan igidlik tələb olunurdu, belə ki, millət beynəlxalq böhrana da gömülmüşdü. Con Kvinsi Adams, Corc Norrisin Vaşinqtona gəldiyi vaxtdan yüz il əvvəl bunu həyata keçirmişdi. Lakin o, qabaqcadan görə bilməzdi ki, dünyada bu millətin rolu daim geri qayıdan böhranları narahatedici problemləri Birləşmiş Ştatlar Senatına gətirəcəkdir, böhranlar Corc Norris kimi adamları məcbur edəcəkdir ki, vicdanlı seçicilər arasında seçim etsinlər, problemlər Bob Taft kimi adamları məcbur edəcəkdir ki, prinsiplə populyarlıq arasında seçim etsinlər.

 

(Ardı var)

 

 

 

 





02.06.2014    çap et  çap et