525.Az

Mətbuatımızda yeni vətənpərvərlik səhifəsi – “Atilla” jurnalı


 

Mətbuatımızda yeni vətənpərvərlik səhifəsi – “Atilla” jurnalı <b style="color:red"></b>

Oxucularla yenicə görüşə gələnAtillajurnalıİbadVətənpərvərlər İctimai Birliyinin orqanıdır. Yüksək poliqrafik tərtibatı ilə ilk baxışdan diqqəti çəkən jurnalın baş redaktoru yazıçı-jurnalist Gülşən Behbuddur. Jurnal onun yazdığıÖn sözü ilə açılır. Burada deyilir: “Müharibə şəraitində yaşadığımız bir zamanda öz sözümüzü, istəklərimizi bölüşmək, tariximizin dünəni, bu günü, sabahı haqqında danışmaq danışdırmaq məqsədiləAtillaadlı jurnalımızın fəaliyyətinə başladıq”.

 

Kollektivin məramı aydındır təqdirolunasıdır. Belə bir təşəbbüsdə olmaq bu arzunu reallaşdırmaq özü bir vətənpərvərlik, ziyalılıqdır. Məhz belə bir dövrdə bu məramla yola çıxanAtillanın ilk nömrəsində ümummilli liderimiz Heydər Əliyev, qədim yurd yerimiz Naxçıvan Azərbaycan bayrağıordenli, Qarabağ müharibəsində ərazi bütövlüyümüz uğrunda xüsusi xidmətlər göstərmiş ASALA təşkilatının liderlərindən olan Monte Melkonyanı dəstəsi ilə birgə məhv edən İbad Hüseynov haqqında yazılar özünə yer alıb. Bu yazılarda müəlliflərin yüksək vətənpərvərlik ziyalılıq hissləri ilk baxışdan duyulur. “Qədim Naxçıvanadlı yazıda doğma diyarımızın yerləşdiyi ərazi, coğrafi şəraiti, yeraltı yerüstü sərvətləri, ötən əsrin 80-ci illərinin sonunda baş verən hadisələr vaxtı Naxçıvanın düşdüyü vəziyyət, ulu öndərin məmləkətimizi uzaqgörən siyasəti ilə bu vəziyyətdən çıxarması, yurd yerimizin bugünkü inkişaf tərəqqisi önə çəkilir. Jurnalda Naxçıvanla bağlı gedən şəkillər yazı ilə həmahənglik təşkil edir. “Vətənpərvərliyin beşiyi sayılan bu torpaqda bu gün yaşından asılı olmayaraq hər kəsin ürəyində Vətən məhəbbətinin xüsusi anlamı vardır”, – qənaətində müəllifin haqlı olduğu heç kimdə şübhə doğura bilməz. Çünki tarixən Naxçıvan igidlər, qəhrəmanlar diyarı olub. Ötən əsrin sonlarında başlanan məlum hadisələr dövrü naxçıvanlılar öz torpaq təəssüblərini, vətənpərvərliklərini ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə bir daha göstərdilər.

 

Jurnalda haqqında danışılan İbad Hüseynov da Azərbaycanın belə vətənpərvər oğullardandır. Xocavənddə doğulan, orada boya-başa çatan, 1989-1990- illərdə sovet ordusu sıralarında xidmətdə olan, həmin ordunun Azərbaycanda törətdiyi 20 Yanvar hadisələrinə qarşı etirazını bildirərək ordudan imtina edən bu igid azərbaycanlı oğlunun keçdiyi qısa, lakin şərəfli ömür yolu ölkəmizin hər bir gənci üçün örnək məktəbdir. Bu, “Atillada İbad Hüseynov haqqında getmiş yazıların hamısının süjet xəttini təşkil edir.

 

General-leytenant, Azərbaycanın Milli Qəhrəmanı Rövşən ƏkbərovunUlu öndər zamanında hakimiyyətə gəlməsəydi, bizim bu gün müdafiə mövqelərimiz Qarabağda deyil, Qaradağ ərazisində olardı”... adlı yazısı, siyasi elmlər üzrə fəlsəfə doktoru, millət vəkili Qənirə Paşayeva, “Saloğluşirkətinin prezidenti Tacəddin Mustafayev, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, Milli Məclisin deputatı, Azərbaycan Yazıçılar İttifaqının üzvü, əməkdar jurnalist Aqil Abbas, Milli Məclisin deputatları Zahid Oruc, Fazil Qəzənfəroğlu, ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov, bəstəkar İmruzə Hüseynovayla müsahibələri həyəcansız oxumaq olmur. Bu müsahibələrdə İbad Hüseynova xalq sevgisinin böyüklüyünü duymaq çətin deyil.

 

Nizami CəfərovlaHeydər Əliyev olmasaydı Azərbaycanı heç bir qüvvə parçalanmaqdan qurtara bilməzdiadlı müsahibədə oxuyuruq: “İbad Hüseynov haqqında gələcəkdə qədər kitablar yazılacaq, yeni təltiflər olacaq, amma Heydər Əliyevin verdiyi adı, qiymətin əvəzi olmayacaq”.

 

Jurnalın son səhifələrində verilmiş hikmətli sözlər, “Maraq dünyamız”, “Atilla”, “Atillanın hakimiyyəti”, “Qarabağ tariximiz digər yazıların da oxucular üçün maraqlı olacağına inanırıq.

 

Sonda onu da qeyd edək ki, bu günlərdə filologiya elmləri doktoru, professor, millət vəkili Nizami Cəfərovun rəhbərliyi ilə Atatürk MərkəzindəAtillajurnalının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri, tarix elmləri doktoru, professor Musa Quluzadə, şairə Nurəngiz Gül, bəstəkar İmruzə Hüseynova, adamı Tacəddin Mustafayev, jurnalistlərdən Vasif Qurbanov, Əkbər Qoşalı, Bəxtiyar Qaraca, Etibar Məmmədov, Afaq Tahirqızı, “İbadVətənpərvərlər İctimai Birliyinin sədri Məhəmməd Qədirov başqalarıAtillajurnalının ilk sayının işıq üzü görməsi münasibətilə redaktoru jurnalın kollektivini təbrik ediblər.

 

Tədbirin sonundaAtillajurnalının baş redaktoru Gülşən Behbud qəhrəmanlıq mövzusunda keçirilən müsabiqə iştirakçılarının adlarını açıqlayıb. Müsabiqənin qalibləri Türkiyə Respublikasının vətəndaşı Mustafa Gənc, Ukraynada yaşayan həmyerlimiz Mehri Əliyeva, Odlar Yurdu Universitetinin tələbələri Şəhla Dadaşova Əhliman Rüstəmov, vətənpərvərlik himninə çevrilmişFəxr eləmahnısının bəstəkarı İmruzə Hüseynova olublar. Qaliblərə mükafatlar təqdim olunub. Çox sevinirəm ki, mükafatlandırılanlar arasında mən varam.

 

Sara ƏZİMOVA
 Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin üzvü

 

 





23.10.2012    çap et  çap et