525.Az

TQDK buraxılış siniflərində təhsil alan şagirdlərə müraciət edib


 

TQDK buraxılış siniflərində təhsil alan şagirdlərə müraciət edib<b style="color:red"></b>

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərə müraciət edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciətdə bildirilib ki, iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçirəcək.
 
Həmin imtahanlara hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları komissiyanın internet saytında yerləşdirilib.
 
Test tapşırığı nümunələri və yazı işlərin mövzuları ilə tanış olmaq üçün
http://www.tqdk.gov.az/exam/school-leaving-exam/ keçidinə daxil olmaq olar.

 





02.06.2014    çap et  çap et