525.Az

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru “Humay” mükafatı ilə təltif olunub


 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru “Humay” mükafatı ilə təltif olunub<b style="color:red"></b>

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru “Humay” mükafatı ilə təltif olunub

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyətinin və “Humay” Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə “Humay” mükafatının təqdimat mərasimi keçirilib. Teatr nominasiyası üzrə mükafat Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist, Prezident mükafatçısı Qurban İsmayılova təqdim edilib. Istedadlı aktyor, sözügedən mükafata Azərbaycan Teatr Xadimləri İttifaqı rəhbərliyinin təqdimatı ilə Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan İsveç dramaturqu Lars Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) əsərində canlandırdığı  Kor ata obrazına görə layiq görülüb. 

Məlumat üçün bildirək ki, 1993-cü ildə təsis edilmiş “Humay” milli mükafatı il ərzində ölkənin ictimai, siyasi və mədəni həyatında fəal iştirak edən şəxslərə təqdim olunur. Humay Akademiyası üzvləri tərəfindən müəyyən olunan mükafat teatr, kino, musiqi, ədəbiyyat, televiziya, kitab, təsviri  sənət, idman və  digər nominasiyalar üzrə təqdim olunur.

 

 

 





02.06.2014    çap et  çap et