525.Az

Müəllimlərin sınaq qiymətləndirilməsinin keçiriləcəyi vaxt açıqlanıb


 

Müəllimlərin sınaq qiymətləndirilməsinin keçiriləcəyi vaxt açıqlanıb<b style="color:red"></b>

Təhsil Nazirliyi bu ay Bakı şəhər müəllimlərinin sınaq qiymətləndirilməsinin keçiriləcəyi vaxtı açıqlayıb.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bu gün keçirilən mətbuat konfransında deyib ki, müəllimlərin sınaq qiymətləndirilməsinə iyunun 10-dan başlanacaq və bu imtahanlar 4 gün davam edəcək.
 
Belə ki, imtahanlar iyunun 10-u, 11-i, 12-si və 13-də təşkil olunacaq. Həmin günlərdə bütün fənn müəllimləri eyni vaxtda imtahan verəcək. İbtidai sinif müəllimlərinin sayı çox olduğundan isə 2 gün imtahan verəcəklər. İmtahanların keçirilməsi üçün paytaxtda müəllim saylarına uyğun olaraq 30 mərkəz seçilib. 3-4 gün əvvəl məktəblərin hər birinə bildirişlər göndəriləcək. Burada isə müəllimin hansı gün, saat, hansı məktəbdə, yer və sırada imtahan verəcəyi əks olunacaq.

 





02.06.2014    çap et  çap et