525.Az

"İmperator"un qızı olacaq


 

"İmperator"un qızı olacaq<b style="color:red"></b>

Məşhur müğənni 60 yaşında yenidən ata olacaq.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, türk estradasının kralı İbrahim Tatlısəsin növbəti qız övladı dünyaya gələcək. Məşhur müğənni 60 yaşında 6-cı dəfə ata olacaq.
2011-ci ilin sentyabrında Ayşəgüllə ailə həyatı quran müğənni həyat yoldaşının hamilə olmasını 3 ay sonra öyrənib. Hamiləliyinin 4-cü ayını geridə qoyan Ayşəgüllə məşhur sənətçi arasında soyuq münasibətlər müşahidə olunur.

Hazırda tərəflər bir-birindən ayrı yaşayır. Xatırladaq ki, bu körpə İbrahimin sayca 4-cü qızı olacaq.

Nigar Məhərrəm

 





23.10.2012    çap et  çap et