525.Az

Azərbaycanla Rusiya arasında “İnvestisiyaların təşviqi və qorunması” üzrə saziş imzalanacaq


 

Azərbaycanla Rusiya arasında “İnvestisiyaların təşviqi və qorunması” üzrə saziş imzalanacaq<b style="color:red"></b>

Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artırılmalıdır.

Biz bu barədə burada müzakirələr apardıq. Biz Azərbaycanı Rusiya vilayətləri ilə birləşdirəcək nəqliyyat-loqistik fəaliyyətini, neft sahəsi, neft avadanlığın istehsalı, maşın və vaqonqayırma, kənd təsərrüfatı, metallurgiya sahələrində sərmayə layihələrini də müzakirə etdik. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.
 
A. Ulyukayev qeyd edib ki, Azərbaycan fəal şəkildə MDB-nin inteqrasiya proseslərində iştirak edir və MDB azad ticarət zonasının üzvüdür.
 
Rusiyalı nazir əlavə edib ki, hazırda Azərbaycanla Rusiya arasında “İnvestisiyaların təşviqi və qorunması” üzrə saziş hazırlanıb. “Hesab edirəm ki, gələn il biz bunu imzalaya bilərik. Bütün bunlar inteqrasiya proseslərinə qoşulması, ticarət dövriyyəsinin artırılmasının imkanlarıdır. İkitərəfli və çoxtərəfli əməkdaşlığın digər geniş spektrli formaları da mövcuddur. Fikrimcə, bu əməkdaşlıq inkişaf etdirəcək və bizim ölkələrə fayda gətirəcək. İstənilən inteqrasiya yeni bazar deməkdir”, - deyə o bildirib.

 





03.06.2014    çap et  çap et