525.Az

Qan qruplarının insan həyatına təsiri haqqında maraqlı nəşr


 

Qan qruplarının insan həyatına təsiri haqqında maraqlı nəşr<b style="color:red"></b>

"Görəsən, yaponlar üçün qan qrupuna bu qədər əhəmiyyət verirlər? - sualı bir zamanlar məni çox düşündürmüşdü..." Bu cümlə "Mirzə Ələkbər Sabir" Fondunun prezidenti, BDU-nun dosenti Sevda Tahirlinin "Qanımızın səsi" kitabının girişindəndir. Biologiya elmləri namizədi olan müəllif adıçəkilən kitabı yazmaqla bir vaxtlar onu çox düşündürmüş bu suala həm mütəxəssis, həm publisist kimi cavab tapmağa çalışıb.

Nəşrdə qan qrupunun insanın xarakterinə, karyerasına, uğurlarına, ana olma imkanlarına, sağlamlığına xəstəliklərinə, qarşı cinsə münasibətinə, ailə bağlarına sairə təsiri haqqında maraqlı məlumatlar öz əksini tapıb: "1901-ci ildə əslən avstriyalı olan Karl Landştayner 3 fərqli qan qrupunun 0 (I), A( II), B (III) mövcud olduğunu kəşf edir...AB(IV) Rh+ qan qrupundan olanlar isə universal resipientdirlər-onlara bütün qan qruplarından qan köçürtmək olar... Qan qrupu insanın həyatı boyunca dəyişməz qalır... Hər il 14 iyun- Ümumdünya Donor Günü kimi qeyd olunur. Bu tarix qan qruplarının fərqli olduğunu kəşf edən avstriyalı alim Karl Landştaynerin doğum gününün şərəfinə seçilib".

S.Tahirli müxtəlif mənbələrə istinad edərək apardığı araşdırmalardan sonra bu qənaətə gəlir ki, qan qrupuna görə insanın hər cəhətdən kim olduğunu söyləmək mümkündür. Həm nəzərə alsaq ki, bu zaman müəllif Yaponiya kimi inkişafın  zirvəsinə çatmış bir ölkənin vətəndaşlarına, yapon xalqının düşüncə tərzinə, inancına istinad edir,- bu, məsələnin həm ciddi anlayış kimi qəbul edilməsinə şərait yaradır: " Yaponlar bizlərdən fərqli olaraq, inanırlar ki,  insanın həyatına hansısa ulduz deyil, məhz onun malik olduğu öz qanı daha çox təsir göstərir: Gündoğan ölkəsinin sakinləri əmindirlər ki, 0 (I) qruplular ünsiyyətcil, emosional enerji ilə dolu insanlardır. A (II) qruplular stressə davamlı, səbirlilik nümayiş etdirən, harmoniyanı ümumiyyətlə, hər bir şeydə qayda-qanunu güdən olmaqları ilə bərabər, bir qədər inadcıldırlar. B (III) qruplular çox tələbkar, hökmlü yaradıcı insanlar kimi seçilirlər. AB (IV) qrup mənsubları isə həyatda, başlıca olaraq öz hissləri ilə davranan olub bir qədər qərarsızdırlar. Əgər vaxtsa yolunuz 13 milyonluq əhalisi olan Toikoya düşərsə, supermarketlərdə sərinləşdirici içkilərin üzərində hansı meyvə əlavəsinin hansı qan qrupuna uyğun olması haqqında tövsiyələrə rast gəldiyinizdə təəccüb etməyin. Bundan əlavə supermarketlərdə hər qan qrupuna uyğun saqqızlar, çipsilər, qələmlər, təqvimlər, açarlıq, səyahətdən geri dönərkən dost -tanışlarınız üçün suvenirlərlə yanaşı özünüzün şəxsi istifadəniz üçün nəzərdə tutulmuş bəzi vasitələri tapıb ala bilərsiniz..."

Kitabda hər qan qrupuna aid insanların hansı xarakterə malik olması, mənfi yönləri, hansı peşəni seçmələri həmin qrupunun məşhurları haqqında məlumatlar yer alıb. Müəllifin araşdırmalarına əsasən, "köçərilər" adlanan 0 (I) qan qrupundan olanlar enerjili, tez özündən çıxan, iradəli, şöhrətpərəst, natiq, uğura can atan olurlar, mənfi yönləri bir qədər paxıl olmaları, əsəbiləşdikdə kontrolu itirmələri özündən razı olmalarıdır. Bu qrupdan olanlar bankir, siyasətçi, nazir, biznesmen, yazıçı, hərbçi kimi peşələrdə eləcə cəldlik, aqressivlik tələb edən idman növlərində özlərini təsdiq edə bilərlər. Qrupun məşhurları sırasında Ronald Reyqan, Vladimir Putin, Dmitri Medvedyev, Elvis Presli, Mixail Qorbaçov yer alıb.

"Əkinçilər" adlandırılan A(II) qan qrupunun təmsilçiləri vicdanlı, səbirli, xeyirxah, utancaq, inadcıl, əsəbiləşərkən gec toparlanan, sakit, həssas vəfalı dostlardır. Onlardan yaxşı iqtisadçı, proqramist, hüquqşünas, tərbiyəçi, müəllim, polis, detektiv, kosmetoloq yetişir. Bu qrupun məşhurlarından ata Corc Buş, Britni Spirs, Ceyms Karter, Hitler, Valeri Sütkinin adını çəkmək olar.

B( III) qan qrupuna aid olanlara "köçərilər"   deyirlər. Onlar çox duyğusal, həm özlərinə, həm ətrafa tələbkar, individualist, həm hökmlü, həm yaradıcı, kimdənsə asılı olmağı sevməyən, haqsızlığı qəbul etməyən ideya generatorlarıdır. Onlar heç gözlənilməyən hərəkətlər etməyə qabildirlər. Ən zəif yerləri müstəqil olmaq istəyidir. B (III) qan qrupunun nümayəndələri  rəssam, fotoqraf, psixoloq, jurnalist, kulinar, teleaparıcı, kardiocərrah, zərgər, müfəttiş peşələrində uğur qazanırlar. Bu qan qrupunun məşhurlarından Akira Kurasava, Lenorad Di Kaprio, Qreta Qarbo, Ayzek Əzimov, Luçano Pavarottinin adını qeyd etmək olar.

AB (IV) qan qruplular- "sirli olanlar"- davranışlarında rasionallığa, münasibətlərində diplomatikliyə üstünlük verən bu insanlar zəngin təxəyyülə sahibdirlər: "Onlar sakit, ədalətli, idarəolunan, gözəl təşkilatçı, xaraktercə sərt olurlar. Onların sırasından yaxşı ticarətçi, həkim, müəllim, ruhani, aktyor, menecer, barmen, natiq çıxır. Məşhurlardan Ceki Can, Merilin Monro,  Con Kennedi, Tomas Edison, Bill Klinton "sirli olanlar"a aiddir.

Sokratın "Hər bir halda evlənin-yoldaşınız yaxşı olarsa, siz xoşbəxt olacaqsınız, pis olarsa -filosof" ifadəsinin epiqraf seçildiyi başlıqda qan qruplarının eşq nikah münasibətlərinə, eləcə valideyn olma imkanlarına təsiri araşdırılıb.

Həyatımızın müxtəlif sferalarına qan qrupunun təsiri ilə bağlı məlumatlar kitabda "Gözəllik ondur, doqquzu... kosmetika?",  "Kim sevərsə idmanı", "Qan qrupu stress", "Hər dərdə dəva bitkilər", "Hər kim yüz il yaşamasa..", " yediyini mənə söylə.." başlıqlarında oxuculara təqdim olunub.

S.ABDULLAYEVA

 





03.06.2014    çap et  çap et