525.Az

Magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtı uzadılıb


 

Magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtı uzadılıb<b style="color:red"></b>

Azərbaycanda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtı 4 iyun saat 23:59-dək uzadılıb.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu il magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən ixtisaslaşma seçimində iştirak etmək üçün müsabiqə şərtlərini ödəyən bakalavrlar göstərilən vaxtadək ixtisas seçimini etməlidirlər.

Müsabiqəyə yalnız “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

 





03.06.2014    çap et  çap et