525.Az

Azərbaycan prezidenti BP-nin baş icraçı direktorunu qəbul edib


 

Azərbaycan prezidenti BP-nin baş icraçı direktorunu qəbul edib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev iyunun 3-də BP şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla BP arasında uzun illərdir, uğurlu əməkdaşlıq həyata keçirildiyi qeyd olunub.
 
Bakıda keçirilən XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransında dünyanın xeyli sayda ölkə və şirkətlərinin iştirakının önəmi vurğulanıb, bu tədbirin Azərbaycanın enerji sahəsində beynəlxalq əməkdaşlığını daha da genişləndirməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
 
Azərbaycanla BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 





03.06.2014    çap et  çap et