525.Az

Dünənin yol qəzaları -2 ölü, 12 yaralı


 

Dünənin yol qəzaları <b style="color:red">-2 ölü, 12 yaralı</b> Ötən gün Azərbaycanda 13 yol qəzası qeydə alınıb, nəticədə 2 nəfər həlak olub, 12 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, qəzaların 6-sı Bakıda baş verib. Paytaxtdakı yol qəzalarında 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ötən günün ağır yol qəzası Ağdamda baş verib. "VAZ 2106" markalı avtomobilin maneyə çırpılması nəticəsində bir ailənin 2 üzvü ölüb, 3 nəfər xəsarət alıb.

Qəzaların əksəriyyəti piyadavurmalar olub.
 





24.10.2012    çap et  çap et