525.Az

Magistraturaya ixtisas seçimi bu gün başa çatır


 

Magistraturaya ixtisas seçimi bu gün başa çatır<b style="color:red"></b>

Ali məktəblərin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtı bu gün başa çatır.

Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Seçim vaxtı bu gün saat 23:59-da bitəcək.

2014-cü ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən ixtisaslaşma seçimində iştirak etmək üçün müsabiqə şərtlərini ödəyən bakalavrlar göstərilən vaxtadək ixtisas seçimini etməlidirlər.

Müsabiqəyə yalnız “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

 





04.06.2014    çap et  çap et