525.Az

Yaşar Nuri sabah qayıdır


 

Yaşar Nuri sabah qayıdır<b style="color:red"></b>

Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri bu gün Vətənə qayıdır.

Bununla bağlı APA-ya aktyorun ailəsindən məlumat verilib. Yaşar Nuri oktyabrın 25-də səhər saatlarında Bakıda olacaq. Aktyor müqəddəs Qurban bayramını Vətəndə qeyd edəcək və onun müalicəsi ev şəraitində davam etdiriləcək. Bir müddətdən sonra isə Yaşar Nurinin yenidən Türkiyəyə, Amerika Xəstəxanasına qayıtması gözlənilir. Aktyorun Bakıya xüsusi nəzarət altında gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, Yaşar Nuri artıq bir müddətdir ki, Türkiyənin Amerika Xəstəxanasında mütəmadi müalicə keçir.

 





24.10.2012    çap et  çap et