525.Az

“Rembo” acı günlərini yaşayır


 

“Rembo” acı günlərini yaşayır<b style="color:red"></b>

Şəxsi həyatında problemlər yaşayan Hollivudun məşhur aktyorlarından biri olan Silvestr Stallone növbəti təhlükə ilə rastlaşıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir müddət öncə oğlu Saqeni itirən məşhurun 16 yaşlı qızı Sophi dekabrın 17-də ürəyindən əməliyyat olunacaq. Qızlarının əməliyyat olunacağına görə 66 yaşlı Stalloni və 44 yaşlı Cenifer Fladin çox həyəcan keçirir.

Qeyd edək ki, cütlüyün bundan başqa Sistin ve Şarlet adlı daha iki qızı var. “Rokki” və “Rembo” filimləri ilə sevilən məşhur aktyor hazırda həyatının ən ağır günlərini yaşayır. İyul ayında dünyasını dəyişən məşhurun oğlu Saqe 1990-cı ildə “Rokki”filmində, 1996-cı ildə “Daylight” filmində atası ilə birgə rol almışdı.

Nigar Məhərrəm

 





24.10.2012    çap et  çap et