525.Az

Azərbaycanlı yazıçının romanı Özbəkistan mətbuatında


 

Azərbaycanlı yazıçının romanı Özbəkistan mətbuatında <b style="color:red"></b> Özbəkistanın ən populyar nəşri – 130000 tirajı olan “Darakçı” qəzeti “Mütaliə” bölümündə oxucularına dünya yazıçılarının yeni bestsellerlərini təqdim edir.

Artıq dörd aydır ki, bu bölümdə Azərbaycan yazıçısı Varisin “Sonuncu ölən ümidlərdir” romanı Rustam İqbolun tərcüməsində dərc edilir və oxucular tərəfindən olduqca böyük rəğbətlə qarşılanır. Redaksiyaya baş şəhər Daşkəndlə yanaşı ölkənin ən müxtəlif bölgələrindən – Səmərqənddən, Buxaradan, Xorəzmdən, Urgencdən, Qaraqalpakdan gələn minlərlə zənglər, məktublar “Sonuncu ölən ümidlərdir”in çox bəyənildiyindən və sevildiyindən xəbər verir. Bir neçə nəşriyyat, artıq, bu romanı kitab şəklində çıxarmaqda maraqlı olduğunu bəyan edib.
 





24.10.2012    çap et  çap et