525.Az

Xalq artisti Lütfiyar İmanovun 85 illik yubileyi qeyd olunub


 

Xalq artisti Lütfiyar İmanovun 85 illik yubileyi qeyd olunub<b style="color:red"></b> Niyazinin mənzil-muzeyində xalq artisti Lütfiyar İmanovun 85 illik yubileyi münasibətilə tədbir keçirilib.
 
Muzeydən APA-ya verilən məlumata görə, tədbirdə Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova çıxış edərək L. İmanovun həyat və yaradıcılığından danışıblar.
 
Tədbirdə Lütfiyar İmanovun ailə üzvləri, xalq artistləri Xuraman Qasımova, Canəli Əkbərov, Dünya azərbaycanlılarının həmrəylik cəmiyyətinin prezidenti Tofiq Əlizadə müğənni haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
 
Yubiley tədbirində L. İmanovun həyat və yaradıcılığını əks etdirən slayd-şou, sənətkarın iştirak etdiyi “Koroğlu”, “Vaqif”, “Otello” operalarından videogörüntülər nümayiş etdirilib.
 
Mərasim Azərbaycan bəstəkarlarının və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
 





05.06.2014    çap et  çap et