525.Az

ADMİU – da Mirzə Fətəli Axundzadə fenomeni araşdırıldı


 

ADMİU – da Mirzə Fətəli Axundzadə fenomeni araşdırıldı <b style="color:red"></b> Əvvəlcə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünaslıq” fakultəsində təşkil olunmuş elmi konfransda fakultə dekanı, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyev dahi dramaturq M. F. Axundzadənin 200 illik yubileyi münasibəti ilə sərəncam imzalamış ölkə Prezidenti İlham Əliyevə universitetin rəhbərliyi, müəllim və tələbə heyəti adından təşəkkür və sayğılarını bildirdi. Auditoriyaların birində baş tutan elmi konfrans həm də tələbələrə dərs keçmək üçün nəzərdə tutulmuşdu.

Amma fakultənin aparıcı müəllimlərindən Məryəm Əlizadənin, Aydın Talıbzadənin, Məsməxanım Qubadova və Atababa Hacıbabayevin məruzə və çıxışlarının dinləyiciləri tələbələrlə yanaşı həm də konfransa dəvət olunmuş müəllim heyəti idi.  Konfransda edəcəyi çıxışlara məsuliyyətlə hazırlaşan məruzəçilərin bu unikal şəxsiyyət, böyük dramaturq, filosof barədə söylədikləri elmi fikirlər, onun milli dramaturgiyamızın bünövrəsi sayılan 6 pyesi haqqında gəldikləri elmi nəticələr, çıxışlararası yaranan qızğın polemikalar məclis iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin “M. F. Axundzadənin “sehr” poetikası”na verdiyi elmi dəyər, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aydın Talıbzadənin orijinal fikirlərlə zəngin “M. F. Axundzadə fenomeni”nə münasibəti, dramaturqun yaradıcılığna siyasi – ictimai aspektdən yanaşan sənətşünaslıq üzrə fəlsəfə doktoru Məsməxanım Qubadovanın çıxışı və Əməkdar mədəniyyət işçisi Atababa Hacıbabayevin M. F. Axunzadənin maarifçi kimi titanik fəaliyyətinə verdiyi yüksək qiymət ayrı – ayrılıqda ciddi elmi araşdırmalar kimi qəbul edildi.

İNTİQAM
 





24.10.2012    çap et  çap et