525.Az

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı başlayıb


 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı başlayıb<b style="color:red"></b>

Bodrum (Türkiyə) şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı işə başlayıb.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, toplantıda Türkiyə prezidenti Abdullah Gül, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev və Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov, eləcə də adı çəkilən ölkələrin xarici işlər, mədəniyyət və turizm nazirləri iştirak edirlər.
 
Sammiti açıq elan edən Türkiyə prezidenti Abdullah Gül Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının zərurətdən doğduğunu bildirib: “Aramızdakı əlaqələr bu qədər güclü olduğundan, işbirliyimizi ikitərəfli səviyyədə saxlaya bilməzdik. 2009-cu ildən bəri keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısı türk xalqları arasında birlik və bərabərliyin simvoluna çevrilib. Məqsədimiz digər regional işbirliyi mexanizmlərini dəstəkləyəcək regional ortaqlıq qurmaqdır”.
 
Toplantıda xalqlara faydalı olan bütün məsələləri əhatə edəcəklərini deyən Türkiyə prezidenti builki sammitin mövzusunun turizm olduğunu vurğulayıb.

 





05.06.2014    çap et  çap et