525.Az

Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı yaradıldı


 

Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı yaradıldı<b style="color:red"></b> Bakı Şəhər İcra Hakimiyyətinin Aparatı bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı adlanacaq.

Nazirlər Kabinetindən 525.az-a verilən məlumata görə, hökumətin qərarı ilə inzibati orqanların təsnifatında və dövlət orqanlarının aparatlarının adları ilə bağlı qərarlarda dəyişiklik edilib.
Qərara görə, Bakı Şəhər İcra Hakimiyyətinin Aparatı bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı adlanacaq, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan qurumlar isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının birbaşa tabeliyində olan qurumlar olacaq.
 





24.10.2012    çap et  çap et