525.Az

Lavrov Azərbaycana gəlir


 

Lavrov Azərbaycana gəlir<b style="color:red"></b> Rusiyanın xarici işlər naziri Sergey Lavrov və baş nazirin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının sədri Dmitri Roqozin iyun ayında Azərbaycana səfər edəcəklər.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə keçirdiyi görüşdə bildirib. O deyib ki, iyun ayında Sergey Lavrov, daha sonra isə Dmitri Roqozin Bakıda səfərdə olacaqlar.
 





05.06.2014    çap et  çap et