525.Az

“Yanacağın keyfiyyəti tələblərə cavab vermir”


 

“Yanacağın keyfiyyəti tələblərə cavab vermir”<b style="color:red"></b>

“Azərbaycanda istehsal olunan yanacaq tam olaraq ölkə tələbatını ödəyir. Lakin bu yanacağın keyfiyyəti müasir tələblərə cavab vermir”.
 
“APA-Economics”in xəbərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov deyib.
 
Onun sözlərinə görə, artıq ARDNŞ yanacağın keyfiyyətinin yüksəldilməsi və əməliyyat xərclərinin yaxşılaşdırılması məqsədi ilə müvafiq işlər görməyə başlayıb. Qurum bununla bağlı inkişaf proqramı hazırlayır.
 
İnkişaf proqramına Azərbaycanda mövcud olan neft emalı zavodlarının müasirləşdirilməsi daxildir. Bu prosesin müddəti 42-48 aya qədər olacaq və Azərbaycanda 2018-ci ildən etibarən “Avro 5” standartlarına uyğun benzin, kerosin, dizel və digər yanacaq növləri istehsal etmək mümkün olacaq.
 
Həmin zavodlarda illik 3 mln. ton dizel, 3,4 mln. ton benzin, 350 min ton bitum, 100 min ton maye qaz istehsal etmək mümkün olacaq.
 
2018-ci ildən fəaliyyətə başlayacaq müasirləşdirilmiş zavodların 2030-cu ilə qədər istifadə müddəti olacaq.

 





05.06.2014    çap et  çap et