525.Az

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə görüşü olub


 

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə görüşü olub<b style="color:red"></b>

 Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı başa çatdıqdan sonra Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə görüşü olub.

APA-nın məlumatına görə, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının xalqlarımız və ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyi bildirilib.
 
İlham Əliyev, Abdulla Gül və Qurbanqulu Berdiməhəmmədov ölkələrimiz arasında müxtəlif səviyyəli görüşlərin əhəmiyyəti vurğulayıblar, qarşılıqlı əlaqələrin regional əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd ediblər.

 





05.06.2014    çap et  çap et