525.Az

Moskvanın Bakını “strateji tərəfdaş” adlandırması Yerevanda qalmaqal saldı


 

Moskvanın Bakını “strateji tərəfdaş” adlandırması Yerevanda qalmaqal saldı<b style="color:red"></b>

Rusiya Xarici İşlər Nazirıiyinin rəsmi nümayəndəsi Sergey Lavrovun Bakıya səfəri ilə bağlı vediyi açıqlamada Azərbaycanı Moskvanın strateji partnyoru adlandırması Ermənistanda böyük narahatlıq və qalmaqal yaradıb.
 
525.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, Yerevanda hakimiyyətdə olan “Firavan Ermənistan” partiyası bu bəyanatla bağlı Rusiyadan açıqlama tələb edib. Partiyanın parlament fraksiyasının rəhbəri, AŞPA nümayəndə heyətinin üzvü Naira Zoqrabyan bəyan edib ki, bununla bağlı Ermənistan XİN-i aydınlıq gətirməlidir.

 “XİN indiyə qədər Nazarbayevin Avrasiya ittifqaının iclasında Azərbaycan prezidentinin məktubu ilə bağlı dediyinə heç bir reaksiya vermir. Bizm diplomatlar deyir ki, “Azərbaycan Rusiya münasibətlərini şərh etmirik”. 

Hesab edirəm ki, Rusiya strateji tərəfdaşı elan etdiyi Ermənistana bununla bağlı müvafiq cavab verməlidir. Ancaq bizim XİN susur və bu çox müəmmalıdır ”-deyə Zoqrabyan vurğulayıb.  Ermənistanın “İrs” partiyasının baş katibi Stepan Safaryan isə bəyan edib ki, Rusiya “Avrasiya dramı”ilə Azərbaycanıa bağlı məsələləri həll etməyə çalışır və bunun üçün Ermənistandan istifadə edir. “Bu Ermənistanın alçaldılamasıdır”-deyə o vurğulayıb.

Safaryan bildirib ki, Ermənistan üçün fövqəladə təhlükəli vəziyyət yaranıb. “Rusiya bizi öz düşmənləri ilə əməkdaşlq etməyə qoymur, amma özü düşmənlərimizlə tərəfdaşlıqdan imtina etmir”-deyə Safaryan vurğulayıb. Xatırladak ki, Rusiya XİN nmüayəndəsi S. Lavrovun Bakı səfəri ilə bağlı danışarkən Azərbaycanı “Rusiyanın strateji tərəfdaşı” adlandırıb.

 





06.06.2014    çap et  çap et