525.Az

Şairlər günü qeyd olunub


 

Şairlər günü qeyd olunub<b style="color:red"></b> Ötən gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə “Şairlər günü” keçirilib.
 
APA - nın məlumatına görə, tədbiri Azərbaycan Gənc Şairlər Birliyinin sədri Xəyal Rza açaraq "Şairlər günü" ilə bağlı məlumat verib.
 
Daha sonra çıxış edən AYB üzvü Çingiz Əlioğlu Azərbaycanda bu günün qeyd edilməsinin sevindirici hal olduğunu bildirib: "Xalqımızın gənc şairləri də yaradıcılıqlarında etdikləri uğurları ilə seçilməyi bacarırlar".
 
AYB üzvü Səlim Babullaoğlu da bu günün önəmindən danışıb: "Mən bütün şeir sevənləri təbrik edirəm. Bu gün əlamətdar gündür. Artıq ikinci ildir ki, bu tədbir keçirilir. Arzu edərdim ki, hər il bu cür möhtəşəm tədbirlər keçirilsin".
 
Qeyd edək ki, çıxışlar bitdikdən sonra tədbir bədii hissə ilə davam edib.
 





06.06.2014    çap et  çap et