525.Az

İsrail Türkiyəyə yaşıl işıq yandırdı


 

İsrail Türkiyəyə yaşıl işıq yandırdı<b style="color:red"></b>

Bu gün İsrailin Xarici İşlər naziri Türkiyənin tələblərini qəbul etdiklərini deyib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyəni danışıqlar masasına dəvət edən İsrail bu ölkənin təkliflərinə müsbət reaksiya verib. Rəsmi Ankaranın əsas tələblərinə görə İsrail bu ölkədən üzr istəməli, Mavi Mərmərədə törətdiyi əmələ görə təzminat ödəməli və Fələstinlə əlaqədar qoyduğu embarqonu aradan qaldırmalıdır.

Bu gün rəsmi Təl Əviv Ankaraya cavab verərək bu tələbləri qəbul etdiyini deyib. İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi Pinhas Avivi iki ölkə arasında davam edən gərginliyin tərəflərə ziyan olduğunu deyərək Qüdsdəki türkiyəli jurnalistlərə açıqlama verib:

“Hər iki ölkə müəyyən səhv addımlar atıb. Bu gün gərginliyi aradan qaldıraraq gələcək planları müzakirə etməyin vaxtı yetişib”. Avivi TÜrkiyə ilə münasibətlərin rəsmi Təl Əviv üçün də önəmli olduğunu deyib.

Nigar Məhərrəm

 





24.10.2012    çap et  çap et