525.Az

Yaradıcı şəxslər haqqında qanun hazırlanır


 

Yaradıcı şəxslər haqqında qanun hazırlanır<b style="color:red"></b>

Mədəniyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə görə, yaradıcılıq fəaliyyəti – mədəni sərvətlərin yaradılmasına yönəlmiş fəaliyyət hesab olunur. Yaradıcı şəxs isə mədəni sərvətlərin yaradılması, o cümlədən mədəniyyət sahəsində pedaqoji və ya elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.

Bu barədə Modern.az-a millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Leyla Abdullayeva məlumat verib.

Azərbaycan Konstitusiyasının 51-ci maddəsinin I hissəsinə uyğun olaraq, hər kəsin yaradıcılıq azadlığı var. Azərbaycan Respublikasında istənilən şəxs öz maraqlarına və bacarıqlarına uyğun peşəkar əsasda və azad yaradıcılıq (həvəskar) əsasında istənilən yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna uyğun olaraq özünün yaradıcılıq
fəaliyyətinin nəticələrini müəlliflik hüququ ilə qorumaq, mədəni sərvətləri nümayiş etdirmək, bu Qanunun tələbləri nəzərə alınmaqla, mülkiyyətində olan mədəni sərvətləri satmaq, bağışlamaq, habelə həmin məqsədlər üçün xarici ölkələrə aparmaq hüququna malikdir.

Yaradıcı şəxslərə dövlət müəyyən təminatlat verir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən mədəniyyətin inkişafında, təbliğində və təşviqində xüsusi xidmətləri olan yaradıcı şəxslərə, festival və müsabiqə qaliblərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada fəxri adlar, təqaüdlər, mükafatlar verilir. 
Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq orden və medallarla təltif edilirlər. Mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin, yaradıcı şəxslərin və kollektivlərin bioqrafiyası, peşə və yaradıcılıq fəaliyyətləri barədə məlumat bazası müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.

“Hal-hazırda “Yaradıcı şəxslər və yaradıcı ittifaqları haqqında” qanun layihəsi üzərində iş gedir. Bu layihə əvvəlki dövrdə-yəni 3-cü çağırış dövründə  hazırlanıb. Layihə bitdikdən sonra müzakirəyə çıxarılacaq. Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Teatr Xadimləri İttifaqı kim qurumların dəqiq hüquqi statusu, səlahiyyətləri, hüquq və vəzifələri burada nəzərdə tutulacaq. Maliyyə məsələləri də nəzərdə tutula bilər ki, bu cür qurumlar necə və hansı prosedurlar əsasında maliyyələşəcək”.

 





06.06.2014    çap et  çap et