525.Az

Sınaq imtahanlarında ən aşağı bal I qrupda qeydə alınıb


 

Sınaq imtahanlarında ən aşağı bal I qrupda qeydə alınıb<b style="color:red"></b> Bu il Azərbaycanda keçirilən sınaq imtahanlarında I qrup üzrə 13 nəfər, II qrupda 4 nəfər, III qrupda 9 nəfər, IV qrupda isə 28 680-700 bal arasında nəticə göstərib.
 
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, sınaq imtahanlarının nəticələrinə əsasən ən aşağı bal I qrupda qeydə alınıb.
 
Onun sözlərinə görə, sınaq imtahanın ümumi nəticələrinə əsasən I qrupda iştirak edən 17 624 nəfərdən 50%-dən çoxu 200-222 baldan, II qrupda iştirak edən 14 269 nəfərdən 50%-dən çoxu 252 baldan, III qrupda iştirak edən 14 686 nəfərdən 50%-dən çoxu 282 baldan, IV qrupda iştirak edən 5 076 nəfərdən 50%-dən çoxu isə 232 baldan yuxarı nəticə əldə edib: “Amma nəzərə alaq ki, bu nəticələr imtahana hazırlaşan uşaqların nəticələridir. Sınaq imtahanına gələn uşaqlar çox ciddi hazırlaşır və öz ballarını yoxlayırlar. Bunların arasında hətta X sinif şagirdləri var. Onlar da  sınaq imtahanlarında iştirak edərək öz biliklərini bilirlər”.
 
TQDK sədri qeyd edib ki, ötən illə müqayisədə sınaq imtahanlarının nəticələrinə əsasən vəziyyət dəyişməyib. Onun sözlərinə görə, sınaq imtahanlarına iştirak edən abituriyentlər həmin səviyyədədir: “Bu da sınaq imtahanlarının nəticələridir. Əsas hüquqi nəticələr isə qəbul imtahanlarında qeydə alınacaq. Bu vaxta kimi yalnız əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarının nəticələri məlumdur. Buna əsasən deyə bilərik ki, bu il əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanında əvvəlki illərin məzunları üçün ötən illərdə keçirilən imtahanla təxminən eyni səviyyədədir”.
 





06.06.2014    çap et  çap et