525.Az

Türkiyədə Səttarxan haqqında kitab çıxıb


 

Türkiyədə Səttarxan haqqında kitab çıxıb<b style="color:red"></b>

Türkiyədə “İran Məşrutə İnqilabı: güclər və məqsədlər (1906-1911)” kitabı işıq üzü görüb.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, kitab Qacarlar xanədanının səlahiyyətlərinin məhdudlaşdırılmasına gətirib çıxarmış İran Məşrutə (Konstitusiya) İnqilabının banisi, milli sərdar Səttarxan Qaradağinin vəfatının yüzüncü ildönümü ilə əlaqədar buraxılıb.
 
Bijən Cəzaninin yazdığı və “Qaynaq yayınları”nın nəşr etdiyi 328 səhifəlik, üç bölmədən ibarət kitabda 1906-1911-ci illərdə Arazın o tayında baş vermiş hadisələr araşdırılır.
 
Əsəri fars dilindən türkcəyə hazırda Türkiyədə yaşayan, əslən Güney Azərbaycandan olan yazarlar Ramin Cabbarlı və Türkan Urmulu tərcümə ediblər.

 





06.06.2014    çap et  çap et