Ermənistan müdafiə naziri Seyran Ohanyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşiklə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
S.Ohanyan avropalı diplomatı səlahiyyətləri çərçivəsində qoşunların təmas xəttində gərginliyin azaldılması üçün addımlar atmağa çağırıb.
Öz növbəsində A.Kaspşik yaranmış vəziyyətlə əlaqədar öz narahatlığını ifadə edib və lazımi tədbirlərin görüləcəyini vəd edib.