525.Az

TQDK 3 elektron xidmətini "Elektron hökumət" portalı üzərindən istifadəyə verib


 

TQDK 3 elektron xidmətini "Elektron hökumət" portalı üzərindən istifadəyə verib<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 3 elektron xidmətini "Elektron hökumət" portalı üzərindən istifadəyə verib.

TQDK-dan Trend-ə bildiriblər ki, "Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu", "Sınaq imtahanına yazılış" və "Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu" adlı xidmətlər portala inteqrasiya edilib.

Abituriyentlər (bakalavrlar, namizədlər (rezidenturaya sənəd verənlər) əlavə vaxt itkisinə yol vermədən "Elektron hökumət" portalına daxil olmaqla TQDK-nın sözügedən xidmətlərindən asanlıqla yararlana biləcəklər.

 





06.06.2014    çap et  çap et