525.Az

“Azərbaycanda qarşıdurma yaratmaq istəyənlər arzularına çatmayacaqlar”


 

“Azərbaycanda qarşıdurma yaratmaq istəyənlər arzularına çatmayacaqlar”<b style="color:red"></b>

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxulislam Allahşükür Paşazadə QMİ-nin nəzdində təkmilləşdirmə kurslarının ilkin mərhələsinin yekunları ilə bağlı tədbirdə çıxışı zamanı Ukraynada baş verənlərə münasibət bildirib.

APA-nın məlumatına görə, A. Paşazadə qeyd edib ki, bu gün Ukraynada xristian xristianı qırır: “Bu, arzuolunmaz haldır”.
 
Şeyx eyni halın müsəlman aləmində də baş verməsindən danışaraq, bunu Azərbaycanda təkrarlamaq istəyənlərə mesaj verib: “Bunu Azərbaycanda təkrarlamağa cəhd edənlər bilsinlər ki, bu niyyət burada kök sala bilməz. Azərbaycanda qarşıdurma yaratmaq istəyənlər arzularına çatmayacaqlar. Buna əmin olsunlar. Çünki Azərbaycanda buna imkan yoxdur. Nurçuluq, təfkirçilik, sələfilik və digər istənilən təriqət radikallıqla məşğul olacaqlarsa, yerindəcə qarşısı alınacaq”.

 





06.06.2014    çap et  çap et