525.Az

"Sizi xatırlayarkən"


 

Yazıçı tənqidinin yaradıcılıq üfiqləri

"Sizi xatırlayarkən"<b style="color:red"></b>

İlyas Əfəndiyev - 100

Xalq yazıçısı İlyas Əfəndiyevin yeddi cildlik "Seçilmiş əsərləri"nin VII cildinə daxil edilmiş məqalələrilə tanış olduqca onların əhatə etdiyi mövzu - problem dairəsinin miqyasına heyrət edirsən (nəsr, poeziya, dramaturgiya, ədəbi tənqid, teatr, səhnə həyatı, musiqi, kino sənəti, milli mətbuat, yeni əlifbaya keçid milli mənliyimiz, ana dilinə münasibət: "ikidilli", "rusdilli" məfhumları s.).

Yarıməsrlik nəhəng bir dövrü əhatə edən bu müxtəlif səpkili yazıların mayasında dərin milli təəssübkeşlik bununla bağlı qədirbilənlik hissi durur.

Bəri başdan yazıçının qeyd olunan məqalələri, esselərinin  ümumilikdə tədqiqi ilə bağlı maraqlı təşəbbüsləri qeyd etmək istərdik (Y.İsmayılovun məlum monoqrafiyasının müvafiq fəsli, A.Tahirlinin "İ.Əfəndiyevin publisistikasi" kitabı, Y.Qasımovanın yaxınlarda müdafiə etdiyi "İlyas Əfəndiyevin bədii publisistikası" dissertasiyası). "Publisistika"ya müəlliflər yuxarıda qeyd edilən bütün sahələri aid edirlər, hərçənd ədəbi tənqid, zənnimizcə, müstəqil sahədir.

Ədəbi tənqidin sərhədlərini bir qədər fərqli gördüyümüzdən diqqətimizi yazıçının məhz bu sahədəki zəngin təcrübəsinə yönəltmək istərdik.

İlyas Əfəndiyevin qeyd olunan sahədəki fəaliyyətinin M.F.Axundovdan başlayan "yazıçı tənqidi" ənənəsinin ən məhsuldar təcrübələrindən olduğunu desək, düşünürük ki, yanılmarıq.

Ədibin 1940-1993- illər ədəbiyyatını əhatə edən müntəzəmliklə, ardıcıllıqla seçilən yazılarında yarıməsrlik Azərbaycan ədəbi prosesinin mənzərəsi ən müxtəlif hadisələri, faktları, simaları ilə göz önündə canlanır. Göründüyü kimi söhbət əksərən sovet dövrü ədəbiyyatından gedir. Amma məsuliyyətlə deyə bilərik ki, bu dövrə aid heç bir yazıda (40-50-60- illər?!), hansında ki, söhbət yeni dövlət quran insanı əks edən ədəbiyyatdan gedir, bir dəfə olsun "sosialist quruculuğu", "sovet insanı", "sovet xarakteri", "kommunist əxlaqı" s. kimi ifadələrə rast gəlinmir. Hətta "Komsomol poeması" kimi əsəri səciyyələndirərkən (Səməd Vurğunun vəfatı ilə bağlı "Onu xatırlayarkən" adlı yazı) poemada "həyatın sərt üzü", "vuruşların amansızlığı" doğru, aydın təsvir edildiyini qeyd edən müəllif Cəlal Gəray bəyin son toqquşması epizodunu misal gətirərək bu səhnənin reallığı, təbiiliyi doğurduğu hisslərdən danışır şairin işlətdiyi ifadələrin xalq ruhundan, canlı xalq dilindən gəldiyini vurğulayır. Çünki poetik əsərin təhlili ilk növbədə şeiriyyata, bədiiliyə ünvanlanmalıdır.

İstinad etdiyimiz yazı, qeyd olunduğu kimi, "Onu xatırlayarkən" adlanır. bununla bağlı qeyri-ixtiyari yazıçının S.S.Axundovun 90 illiyi münasibətilə yazdığı "Sizi xatırlayarkən"i yada düşür. "Siz", "Sizin" sözləri ilə başlanan abzaslarda böyük maarifçinin xidmətlərini qeyd edir, onun ruhuna müraciət edərək qədirbilən xələfləri adından ona ehtiramını bildirir. Elə bu yerdə İlyas Əfəndiyevin ədəbi-tənqidi yazılarının janrı məsələsinə toxunmaq yerinə düşər. Tanış olduğumuz 100-ə qədər yazıları şərti olaraq tənqidi məqalə, resenziya, icmal, ədəbi portret, açıq məktub, esse (bura yazıçı haqqında söz aiddir, məs., B.Vahabzadənin aldığı mükafat münasibətilə "Şairin lirası" adlı orijinal yazı), xatirə, vida (məs., R.Rzanın ölümü ilə bağlı) s. kimi təsnif etmək olar.

İlyas Əfəndiyevin ədəbiyyatın bu ya digər məsələlərinə, ayrı-ayrı ədiblərə həsr etdiyi məqalələrində, bir qayda olaraq, tənqidin müvafiq problemlərə diqqəti yönümlənir onun qarşısında konkret vəzifələr qoyulur. Bu yerdə bir sıra hallarda, belə deyək, peşəkar tənqidlə müqayisədə yazıçı tənqidinin (əsl yazıçı tənqidinin) üstünlüyü özünü göstərir. Yazıçı yaradıcılıq prosesin içində olduğundan daha dərin məqamlara bələddir. Amma bu cür tənqidin nümunələri, sözsüz ki, azdır əsərə qiymət vermək, ədəbi prosesin meyillərini dəyərləndirmək, perspektivləri görmək tənqidçilərin vəzifəsi olaraq qalır.

Yazıçının fikrinə görə, "tənqidçi həqiqi sənətkarı kəşf etməlidir... Ədəbiyyat tarixində buna ən parlaq misal Puşkinlə Belinskinin əhvalatıdır... O zaman Rusiyada ən böyük yazıçı "Molla Nur"un müəllifi sayılırdı. Onu Balzakla müqayisə edirdilər. Lakin günün birində gənc Belinski meydana çıxıb sübut etdi ki, həqiqi sənətkar Puşkindir!.. Rus bədii ədəbiyyatına rus ruhunun dərin şeiriyyatını... xalq dilini Puşkin gətirmişdir". bu kontekstdə görkəmli klassiklərimizə vaxtında dəyər verilməməsindən təəssüfləndiyini bildirir. Məsələn, milli bədii nəsrimizin böyük novatoru Mirzə Cəlilin hekayətçiliyini Mopassan Çexovla bərabər qoyan yazıçı görkəmli söz ustadının nəsrimizin yazı tərzinə gətirdiyi böyük yeniliyin ədəbi tənqid tərəfindən vaxtında təhlil təqdim etmədiyini vurğulayaraq qeyd edir: "Bəlkə buna görədir ki, bu tarixi yenilik uzun zaman sonrakı nasirlərimiz tərəfindən davam etdirilmədi bu da nəsrimizin kəsir cəhətlərindən biri oldu".

Yaxud Cəfər Cabbarlının pyeslərini ("Aydın", "Oqtay Eloğlu", "Od gəlini") ədəbi tənqid "təqdir etmək, bu nadir istedada layiq olmaq əvəzinə bir sıra hallarda... onu necə əcaib şeylərdə təqsirləndirirdi... Cəfər Cabbarlı vaxtında qiymətləndirilsəydi, ona qol-qanad verilsəydi, bizim dramaturgiyamız daha qədər böyük əsərlərlə zənginləşərdi! Təəssüf ki, tənqid öz səhvini başa düşəndə artıq Cəfər bu dünyada yox idi".

Tənqidin çağdaş ədəbi prosesdəki bu ümdə vəzifəsinin yerinə yetirilməsində yazıçının özünün əhəmiyyətli rolundan danışmaq gərəkdir. Elə yuxarıda qeyd etdiyimiz məqaləsində müəllif tənqidin ədəbiyyata qədəm qoyan istedadlı yazıçıların əsərlərindəki yeni cəhətləri nəinki duyub müdafiə etməsini, əksinə, "tənqid atəşinə" tutulduğundan danışaraq, məsələn, Mövlud Süleymanlının ilk povestlərinə öz münasibətini qeyd edir (məziyyətləri qüsurlarını), yaxud poeziya aləminə  yenicə qədəm basmış Vaqif Cəbrayılzadənin şeirlərində seçilən hissiyyatın dərinliyini təzəliyini, "insan qəlbinin dramatizminin o tayında isə bir işıq ülviyyətini" görmək poetik dillə ifadə etmək bacarığından söz açır. buradaca onun ifadə tərzində müşahidə edilən qüsurlardan danışarkən qeyd edir ki, "bunları ona indidən demək lazımdır... sevə-sevə demək lazımdır ki, sonra gec olmasın". Bundan sonra 60-80-ci illərdə başqa respublikalarda, Rusiyada da meydana çıxan yaxşı əsərlərdə yeni məzmun forma axtarışlarına ədəbi tənqidin lazımınca fikir verməməsinə diqqət yetirir.

Yəni söhbət ondan gedir ki, yazıçı ədəbi tənqidin öhdəsinə düşən konkret vəzifələri ona çatdırmaq istəyir   bunları özü öz təcrübəsində çox vaxt reallaşdırır.

Bu kimi misalları çoxaltmaq olar. Qeyd etdiyimiz kimi, yazıçının məqalələrində ədəbiyyatımızı yaradanların müxtəlif nəsillərinə münasibət bildirilir. Hələ 50-ci illərin yazılarında İ.Əfəndiyev, Əli Kərim, N.Həsənzadə, İ.Tapdıq, S.Əhmədov kimi sonralar məşhurlaşan gənc yazıçıların ilk qələm təcrübələrini dəyərləndirmiş, bəzi qüsurlarına baxmayaraq, onların şeir hekayələrinin əksəriyyətində zamanın canlı nəfəsinin duyulduğunu qeyd edir. 1985-ci ildə çap etdirdiyi "Ədəbi axtarışda" məqaləsində Afaq Məsudun hekayələr kitabından danışdı gənc müəllifin istedadının sərt üslubunun özünəməxsus poeziyasını oxuculara açıqlayaraq onun qələmə aldığı əhvalatların, xəyalların qapalı "dörd divar" arasından çıxıb uzun yollara, dünyanın çətinliklərinə s. qanad çalmasını tövsiyə etdi.

İlyas Əfəndiyevin müxtəlif münasibətlərlə yazdığı məqalələrinin bir çoxu müasiri olduğu yaşlı nəslin nümayəndələrinin yaradıcılığına həsr olunub (klassiklər öz yerində). Bu yazılarda qələm yoldaşlarına böyük hörmət, səmimiyyət, xeyirxahlıq durulur.

Bu yazıçıların elə adlarını sadalayanda ədəbiyyatımızın mənzərəsi göz önündə canlanır: Mehdi Hüseyn, Səməd Vurğun, Əli Vəliyev, Mir Cəlal, İmran Qasımov, Osman Sarıvəlli, İsa Hüseynov, Rəsul Rza, Sabit Rəhman, Süleyman Rüstəm, Əhməd Cəmil, Hüseyn Abbaszadə, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Qabil, Cəmil Əlibəyov b. öz vaxtında yazıçı bu sənətkarların hərəsinin fərdiyyəti, ədəbiyyata gətirdikləri yeni nəfəs, poetik özünüifadənin təravətini asanlıqla duyub dəyərləndirib. Amma bu fərdi dəyərləndirmələrdə əsl sənətin dəyişməz meyarları sezilməkdədir: xalqın qəlbindən xəbər vermək, xalqın ruhunu ifadə etmək, ədəbi dili qorumaq, klassik ənənələri davam etdirmək.

Bir neçə misal. Səməd Vurğuna həsr olunan yazılarda onun şeirlərinin hər misrasında xalqın nəfəsinin duyulmasından, Vətən torpağı ilə, "hər otu-çiçəyilə" şairin nəcib qəlbi arasında əbədi bir ünsiyyətindən, xalqımızın qəhrəman təbiətinin tamamilə yeni bir ruhla tərənnüm etməsindən, Vaqifdən sonra ədəbi dilimizin inkişafı tarixində müstəsna rolundan real həqiqətlərin güclü romantik boyalarla işlənməsindən, milli şeir ənənəsinin inkişafından söhbət gedir.

Poeziyaya həsr olunmuş məqalələrində köhnə formalardan, el ədəbiyyatından (qoşmadan) istifadə məsələsinə diqqət yetirərkən yazıçı dövrümüzün tələblərinin nəzərə alınmasını vacib sayır. Şeirdə yeniliklərdən danışarkən Rəsul Rzanın yaradıcılıq axtarışlarını müsbət dəyərləndirir. Çünki "təsbeh dənəsi kimi bir-birinə bənzəyən eyni hissləri, eyni fikirləri min dəfə təkrar edən cansıxıcı  şeirlərdən yaxa qurtarmaq lazımdır. Bu yeknəsəklik həqiqi sənətə ziddir." Məqalədə bəzi mövqeləri nəzərdə tutan yazıçı (söhbət 1958-ci ildən gedir) tənqidi onu "öz axtarışlarında zaman müvəffəq olduğunu, zaman olmadığını səbirlə, inandırıcılıqla izah etmə" çağırır". Özü R.Rza şeirin, məsələn, "Toxucu qız" ("Mən səni oxşatmaram qəfəsdə bülbüllərə...") , yaxud "Qürur nəğməsi"nin ("Bir tikanlı söz, əgər// Gül qəlbinə toxunsa...") şeirlərinin təhlilini verərkən onlarda heç bir "yeni söz" - filan yaratmağa təşəbbüs edilmədiyini qeyd edir, lakin bunları novator bir şairin əsərləri kimi dəyərləndirir, çünki burada şairin ifadə etdiyi hisslərdə özünəməxsus təravət, təsiredici üslub ahəng, şairanə bir sərbəstlik, səmimiyyət görür. Eyni zamanda R.Rzanın aydınlığı olmayan, çətin oxunan, soyuq səslənən, ifadə tərzi qeyri-təbii olan şeirlərini (məs. "Ayrılıq", 1954) qeyd edir.

Həmin yazısında ("Yenilik duyğusu", 1958) yazıçı O.Sarıvəlli, Z.Xəlil, N.Rəfibəyli, B.Vahabzadənin yaradıcılıq uğurlarını poeziyamızın meyilləri müstəvisində dəyərləndirərkən qeyd edir ki, "ədəbi tənqidimiz istedadlı şair Bəxtiyar Vahabzadəni inandırmalıdır ki, o, mücərrədliyə, mücərrəd nəsihətçiliyə qapılmadıqda, ... canlı həyat lövhələrini tərənnüm etdikdə, daha müvəffəqiyyətli, daha gözəl əsərlər yaradır".

Şairanə təbiiliyi, şairanə sadəliyi yazıçı nəsr yaradıcılığı üçün ən vacib vəzifə sayır. "Mir Cəlal ... günün sadə məsələlərindən yazır. Lakin bu yazılarda  dövrün mühüm ictimai  fikirləri əks olunur... Aydın, sadə təbii yazmaq onun əsas yaradıcılıq prinsipləridir. Bu barədə o, Cəlil Məmmədquluzadənin, Haqverdiyevin ənənələrini müvəffəqiyyətlə davam etdirir... O, otuzillik ədəbi fəaliyyətində ... heç bir zaman oxucunu "heyrətə" salan "fövqəladə" əhvalatlar quraşdırmır, həyatımızın müəyyən parçasını qələmə alaraq şirin, canlı aydın bir dil ilə təsvir edir... O, bütün yazılarında səmimidir, təbiidir!"

"Nəsrimizdə sənətkarlıq məsələləri" yığcam məqaləsində (1955) nəsrin ciddi nöqsanları kimi müsbət qəhrəmanın bir çox hallarda canlı, təbii deyil, süni boyalarla göstərilməsi, əhvalatçılıq, uzunçuluqdan danışır. Xüsusilə uzunçuluqla bağlı nöqsanın hətta təcrübəli nasirlərimizdən gəldiyini söyləyən Mir Cəlalın fikri ilə tamamilə şərik olduğunu bildirir. misal kimi H.Abbaszadənin "Müharibə", S.Rəhimovun "Ağbulaq dağlarında" romanlarını gətirir.

Həmin "lüzumsuz təfərrüata uymaq", "mətləbi uzatmaq" hallarını qeyd edərkən, eyni zamanda hələ 50-ci illərdə nəsrimizdə ümid verən orijinal yazıçı kimi ("yazı manerasında sadəlik, şairanəlik xalq ruhu", "təbiət təsvirlərini həmişə qəhrəmanların psixoloji vəziyyəti ilə təbii əlaqədə verən" s.) İsa Hüseynovu görür. İ.Əfəndiyev tənqidin buna diqqətini yönəldirdi. bu məsələdə Mirzə Cəlil, Ə.Haqverdiyev, S.S.Axundov ənənələrini xatırladırdı.

İ.Əfəndiyevin poeziya, dramaturgiya, ayrıca uşaq ədəbiyyatına həsr olunmuş icmallarında ədəbi prosesin meyilləri aydınlıqla aşkarlanır, onların ədəbiyyatın xəlqiliyi, müasirliyi naminə uğurlu nöqsanlı səbəbləri əyani bədii təcrübə əsasında səciyyələndirilir.

Misal üçün, hələ 50-ci illərdə İ.Əfəndiyev konfliktsizlik nəzəriyyəsinin milli dramaturgiyamıza mənfi təsirini göstərmiş, roman janrının inkişafı ilə bağlı, komediya janrında gülüşün növləri, funksiyaları, müsbət qəhrəmanın süniliyi s. kimi məsələlərə diqqət yetirmiş, başqa ədəbiyyatlarda gedən müvafiq proseslərlə müqayisələr əsasında öz proqnozlarını vermişdir.

Məsələn, bir çox hallarda konflikt xarakterlərin zəif olmasını tənqidin bu məsələlərə az diqqət yetirdiyini qeyd edərkən, İ.Əfəndiyev hələ 50-ci illərdə, xüsusən dram əsərlərində müşahidə etdiyi "istehsalat konfliktlərinin" qabardılması, "adamlar haqqında deyil, adamların gördükləri sahəsi haqqında, buğdanı əkib-becərən adamlar haqqında deyil, buğdanın necə əkilib-becərilməsi" haqqında təsvir olunmasından yazırdı. Konfliktsizlik bəlasına bəzi təcrübəli yazıçılarımızın tutulmasına təəssüf edərkən, məsələn, Sabit Rəhman kimi uzun yaradıcılıq yolu keçmiş bacarıqlı dramaturqun "Nişanlı qız" komediyasındakı əsas qəhrəmanın xarakterinin saxtalığı konfliktin dayazlığını göstərir. Bir sıra pyeslərdəki konfliktin ən adi istehsalat mübahisələrindən irəli gedə bilməməsini qeyd edən yazıçı onların insanların duyğuları ilə, insan taleyi ilə üzvi surətdə bağlı olmadığını açıb göstərir. Maraqlıdır ki, ümumiyyətlə, sovet ədəbiyyatında vaxtilə geniş yayılmış bu zərərli meyil çox sonralar hətta "istehsalat janrı"nın yaranmasına gətirib çıxarmışdır (70-ci illərdə rus dramaturgiyasının ən məşhur nümunəsi  kimi Dvoretskinin "Kənar adam" pyesini göstərmək olar). Yaxud gülüşün funksiyalarından danışarkən komediya janrına istinad edən müəllif onun əsas satirik mənasını fərqləndirir. məsələn, "Toy" komediyasına xas olan gülüşün satirik qüvvətini vurğulayarkən, S.Rəhmanın sonrakı əsərlərində bu ciddi ictimai mənanın yüngül əyləncə ilə əvəz olunmasını təəssüflə qeyd edir. Belə səhvlərin səbəbinin, ilk növbədə, dramaturqun klassik ənənədən - Mirzə Fətəli, Cəlil Məmmədquluzadə ənənələrindən - uzaqlaşmasından irəli gəldiyindən bəhs edir. Eyni zamanda tamaşaçılara satirik komediyalarla bərabər, lirik komediyalar, hətta vodevillərin göstərilməsi ilə bağlı arzusunu bildirir. Bu cür təhlilli misalları çoxaltmaq olar. Yəni, söhbət yazıçının hər ədəbi hadisəni, xüsusən, bu ya digər meylə çevrilə biləcək hadisəni dərhal, vaxtında duyması, mahiyyətini, səbəblərini, perspektivlərini göstərməklə ədəbi prosesdə fəal, yaradıcı rolundan gedir.

Ədəbiyyatın sonrakı gedişatı yazıçının 50-60- illərdə gördüyü perspektivlərin doğru olduğunu göstərmişdir. Tənqidə, ədəbiyyatşünaslığa ünvanladığı tövsiyələrinə gəldikdə, onların da, sözsüz, bu sahənin inkişafına istiqamətverici təsirindən danışmaq mümkündür. Belə ki, dramaturgiyanın hər hansı bir məsələsindən danışarkən ədib həmişə klassik ənənələrə istinad edir. Eyni zamanda klassik dramaturgiyamızın tədqiqi ilə bağlı müşahidə etdiyi boşluqları qeyd edir xüsusən sənətkarlıq məsələlərinə toxunulmadığını təəssüflə vurğulayır. 90- illərdən bəri yazılan monoqrafik tədqiqatlarda bu problemin ədəbiyyatşünaslarımızın axtarışlarında ardıcıl olaraq araşdırıldığını görürük (komediya, faciə janrlarının poetikası, ayrı-ayrı klassik dram əsərlərinin sənətkarlıq məsələləri).

Yazıçının müxtəlif janrlı məqalələrinin təsiredici qüvvəsi, sözsüz ki, onların dili, yazı manerası ilə bağlıdır. Bədii əsərlərin dilində görmək istədiyi təbiilik, canlılıq, səmimilik, xəlqilik, obrazlılıq onun tənqidi yazılarının üslubi məziyyətidir. Yazıçının bu ya digər əsərdən gətirdiyi, tutalım, kənd həyatını təsvir edən epizodun bədii təsvirini, inandırıcılığını dəyərləndirmək üçün bəzən - çox təbii olaraq - öz həyat təcrübəsində vaxtsa müşahidə etdiyi müvafiq əhvalatı yaxud yaxşı bələd olduğu məişət adətini, təsərrüfat detalını s. yada salması, bəzən yerində atalar sözünü işlətməsi yazının səmimiyyət iqlimini, doğruluq təsirini gücləndirir.

Müstəqillik dövründə ədəbiyyatımız, ədəbiyyatşünaslıq (tənqidimizin) irsimizin yenidən dəyərləndirilməsi şəraitində İlyas Əfəndiyevin tənqidi yaradıcılığını nəzərdən keçirərkən yazıçının ayrı-ayrı illərdə, onilliklərdə qoyduğu şərh etdiyi məsələlərin hər hansı ideoloji konyunkturadan tam azad olduğunun, ədəbi prosesin gedişatı ilə bağlı bir çox mövqelərinin, baxışlarının doğru olduğunun, indinin özündə aktuallığını saxladığının şahidi oluruq.

Sara OSMANLI, filologiya üzrə elmlər doktoru

 





06.06.2014    çap et  çap et