525.Az

"Qarabağ Muğam Mərkəzinin fəaliyyəti geniş təbliğ olunmalıdır"


 

"Qarabağ Muğam Mərkəzinin fəaliyyəti geniş təbliğ olunmalıdır"<b style="color:red"></b>

Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi, sözün həqiqi mənasında, bu gün adıçəkilən regionun böyük musiqi, mədəniyyət istirahət mərkəzinə çevrilib .

Mərkəzin geniş işıqlı konsert zalında, ətrafındakı parkda, demək olar ki, hər gün musiqi, çal-çağır sədaları eşidilir, səsləndirilən gözəl muğam ifaları, bəstəkar xalq mahnıları hər kəsə xoş ovqat, yüksək əhval-ruhiyyə bəxş edir.

Muğam Mərkəzinin direktoru Tofiq Cəfərov dediyi kimi, burada müntəzəm olaraq konsert tamaşaları, müsabiqələr, digər müxtəlif mədəni-kütləvi tədbirlərlə yanaşı, rayon respublika əhəmiyyətli yığıncaqlar, ədəbi-bədii məclislər, yarışmalar, konfrans yaradıcılıq gecələri, görüşlər .s təşkil olunur.

Muğam Mərkəzində bunlardan əlavə, mu

siqi təhsili şöbələri fəaliyyət göstərir.

Şagirdlərə müxtəlif şöbələr üzrə musiqi təhsili  verilir. Bununla əlaqədar olaraq müəssisədə bu ildən  yeni tar sinfi açılması qərara alınıb. Direktorun dediyinə görə, gələcəkdə qarmon kamança siniflərinin fəaliyyət göstərməsi planlaşdırılıb.

T.Cəfərov qeyd edib ki, hər il olduğu kimi cari ilin əvvəlindən başlayaraq rayon mədəniyyət turizm şöbəsinin təşkilatçılığı, musiqi ümumtəhsil məktəbləri kollektivlərinin yaxından iştirakı ilə Mərkəzdə Yeni il Novruz şənlikləri, geniş  proqramdan ibarət konsert tamaşaları keçirilib, rayonun ümumtəhsil  məktəblərində, cəbhə bölgələrində, əlamətdar tarixi günlərdə görüşlər, baxış-müsabiqələr, konsertlər təşkil olunub. Rayon İcra Hakimiyyətinin sərəncamı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar təşkil olunan tədbirlər mühüm əhəmiyyət kəsb edib. Bu qəbildən olan tədbirlər ardıcıl olaraq davam etdirilir.

Onların təşkil olunmasında Muğam Mərkəzinin "Aysel" uşaq özfəaliyyət kollektivi, rəqs qrupunun üzvləri xüsusi fəallıq göstərirlər. Bu sahədə Mərkəzin müəllimləri Sahil Quliyev, Fəqani Qarayev,Nazim Şirinov, Sevinc Abbasova, Şəbnəm İsmayılova, gənc ifaçılardan Arzu Mahmudova, Zəhra Məmmədova, Nərmin Sultanova, İntiqam Abışov, Nurlan Rüstəmov başqalarının fəaliyyətləri təqdirəlayiqdir.

Kollektivin nümayiş etdirdiyi konsert proqramları, gözəl ifalar, rəqslər tamaşaçılar tərəfindən daim rəğbətlə qarşılanır.

T.Cəfərov əlavə olaraq bildirib ki, Ü.Hacıbəyli adına Muğam Mərkəzinin yetirmələri rayonda respublikada keçirilən müsabiqələrə müntəzəm qatılırlar. Şagirdlərdən Ceyhunə Tofiqqızı, Zəhra Məmmədova, Arzu Mahmudova Nərmin Sultanova bu günlərdə Xan Şuşiniski adına muğam müsabiqəsində bacarıqlarını nümayiş etdirəcəklər. Bundan başqa Zəhra Məmmədova Ceyhunə Tofiqqızı Masallıda keçiriləcək muğam-folklor Beynəlxalq müsabiqəsinin finalında Ağcabədi rayonunu təmsil edəcəklər.

Direktor söhbətində növbəti respublika muğam müsabiqəsində kollektiv üzvlərinin iştirak edəcəyini  dilə gətirib.

Sonda T.Cəfərov Muğam Mərkəzinin fəaliyyətinə respublika Mədəniyyət TurizmNazirliyi, rayon İcra Hakimiyyəti mədəniyyət turizm şöbəsi tərəfindən diqqət qayğı ilə əhatə olunduğunu vurğulayıb. O, eyni zamanda Qarabağ Muğam Mərkəzinin fəaliyyətinin respublikanın radio televiziya kanallarında lazımınca işıqlandırılmaması, Azərbaycan diasporu tərəfindən xarici ölkələrdə onun zəif təbliğ olunması, kollektiv üzvlərinin dünya dövlətlərinə dəvət olunmaması barədə iradlarını da bildirib.

 





06.06.2014    çap et  çap et