525.Az

Taleb Rifai Əbülfəz Qarayevi dünyanın turizm nazirlərinin dekanı adlandırdı


 

Taleb Rifai Əbülfəz Qarayevi dünyanın turizm nazirlərinin dekanı adlandırdı

“Hörmətli Əbülfəz Qarayev, Sizə dünyanın turizm nazirlərinin dekanı adınını vermək olar”.

525.az saytının məlumatına görə, bu sözləri Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bu gün Bakıda keçirilən “İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm” adlı konfranda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ÜTT olaraq dünyada turizm sektorunun inkişaf etdirilməsi üçün Azərbaycanda səfərdə olub: “Burada Prezident İlham Əliyevlə görüşümüz zamanı Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün ənəvi olaraq məktub təqdim etdim. Bu səfərimdə təşkilatımızın verdiyi tövsiyələrin həyata keçirildiyini və Azərbaycanın turizmdə böyük nailiyyətlər əldə etdiynin şahidi oldum. Belə bir inşafa nail olunmasında dostum Əbülfəs Qarayevin böyük xidmətləri var. Mən bildirmək istəyirəm ki, Cənab Əbülfəz Qarayev dünyada ən zəhmətkeş turizm naziridir. O, artıq 20 ildir öz işinizi yerinə yetirir və demək olar ki, bütün turizm nazirlər onu tanıyır”.

BƏXTİYAR

 





06.09.2012    çap et  çap et