525.Az

“Biz bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü tanıyırıq”


 

“Biz bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü tanıyırıq”<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Rusiyanın İTAR-TASS agentliyinin ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasında Azərbaycanın Ukrayna məsələsində Rusiyanın mövqeyini dəstəkləyəcəyini bəyan etməsi barədə yaydığı məlumata münasibət bildirib.

APA-nın xəbərinə görə, O. Əsədov “AzərTac”a müsahibəsində deyib ki, bu məlumatın başlığında səhvə yol verilib.
 
O. Əsədov bildirib ki, artıq həmin informasiya agentliyi bu məlumatın sərlövhəsinə dəyişiklik edib: “Üstəlik, ATƏT-in Parlament Assambleyasının sessiyasının gündəliyi hələ təsdiq edilməyib. Əlbəttə, Ukraynada baş verən hadisələr bizi çox narahat edir. Biz Rusiya tərəfinin narahatlığını da başa düşürük. Belə məsələlərdə Azərbaycan həmişə münaqişələrin beynəlxalq hüquq çərçivəsində dialoq yolu ilə həll edilməsinin tərəfdarı kimi çıxış edir. Biz bütün dövlətlərin, o cümlədən Ukraynanın da ərazi bütövlüyünü tanıyırıq”.
 
Rusiya ilə qarşılıqlı maraqlar baxımından mövqelərin yaxınlaşması məsələsinə gəldikdə isə, spiker qeyd edib ki, Azərbaycan və Rusiya parlamentarları beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlıq edirlər: “İki və ya daha artıq dövlətin nümayəndələrinin öz milli mənafelərinə uyğun olaraq vahid mövqedən çıxış etməsi beynəlxalq təcrübədə adi haldır. Bir daha təkrar edirəm, Azərbaycanın parlament diplomatiyası beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bu, beynəlxalq parlament strukturlarının tədbirlərində dəfələrlə qeyd edilib”.

 





06.06.2014    çap et  çap et