525.Az

Səbail rayonunda Puşkinin 215 illiyi qeyd olunub


 

Səbail rayonunda Puşkinin 215 illiyi qeyd olunub<b style="color:red"></b>

Dahi rus şairi Aleksandr Puşkinin anadan olmasının 215-ci ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiyanın Azərbaycandakı səfirliyi Sodrucestvocəmiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. A.Puşkinin abidəsi önündə keçirilən tədbirdə şairin həyat yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında qoyduğu əbədi izdən söhbət açılıb. Tədbir iştirakçıları əvvəlcə A.Puşkinin ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə ucaldılmış heykəlinin önünə gül dəstələri qoyublar.

Tədbirdə Səbail rayon ictimaiyyətinin, Rusiyanın Azərbaycandakı səfirliyinin, “Sodrucestvocəmiyyətinin, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin, ali orta məktəblərin nümayəndələri, tanınmış mədəniyyət incəsənət xadimləri iştirak edib.

Cəmiyyətin sədri Tatyana Kərimova çıxış edərək belə bir tədbirin keçirilməsinin Azərbaycan Rusiya xalqları arasında dostluq mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova başqaları iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü digər tədbirlərin keçirilməsinin önəmini bildirib. Qeyd edilib ki, şairin adını daşıyan bu parkda A.S.Puşkinin doğum gününün keçirilməsi artıq ənənəyə çevrilib.

Tədbirdə şairin rus dili, ədəbiyyatı mədəniyyətinin formalaşması inkişafında rolu, onun dünya ədəbiyyatına verdiyi töhfələr xüsusi vurğulanıb: “Puşkin təkcə Rusiya xalqı deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şeirləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunmuş, yaradıcılığında rus xalqının arzuları, zəkası yaradıcılıq qüdrəti parlaq ifadəsini tapıb. Puşkinin əsərləri görkəmli Azərbaycan şair yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Səməd Vurğun başqaları tərəfindən tərcümə edilib. Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olub.

Tədbirdə Səbail rayonunda fəaliyyət göstərən orta məktəblərin şagirdləri, tanınmış mədəniyyət xadimləri şairlər, Azərbaycandakı rus icmasının nümayəndələri çıxış edib, ölməz şairin şeirləri Azərbaycan rus dillərində səslənib, şagirdlər A.S.Puşkinin nağıllarından səhnəciklər göstəriblər.

S.ABDULLAYEVA

 





07.06.2014    çap et  çap et