525.Az

Bakıda “Şairlər günü” keçirilib


 

Bakıda “Şairlər günü” keçirilib<b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı iləŞairlər günükeçirilib. Mərasimdə çıxış edən Gənc Şairlər Birliyinin (AGŞB) sədri Xəyal Rza unudulmaz şairimiz Mikayıl Müşfiqin xatirəsinə həsr edilmiş bu tədbirin ölkəmizdə artıq 4 ildir keçirildiyini söyləyib: “Tədbirdə Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ukrayna Rusiyadan elm, incəsənət, mədəniyyət xadimləri, tanınmış şairlər ziyalılar iştirak edirlər”.

Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri Çingiz Əlioğlu, Türkiyənin ölkəmizdə səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan, “Dünya ədəbiyyatıjurnalının baş redaktoru, şair Səlim Babullaoğlu çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, böyük şair Mikayıl Müşfiqin doğum günündə keçirilməsini əlamətdar hadisə kimi dəyərləndiriblər. Mərasimdə Seyid Əhməd Arslana, şair, alim Elçin İsgəndərzadəyə AGŞB-ninMikayıl Müşfiqdiplomu təqdim edilib. Sonda incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

S.ABDULLAYEVA

 





07.06.2014    çap et  çap et