525.Az

ADİU-də "açıq qapı" günü keçirilib


 

ADİU-də "açıq qapı" günü keçirilib<b style="color:red"></b> Azərbaycan Dövlət İqtisad Universitetində “Açıq qapı” günü keçirilib.
 
525.az-ın ADİU-in ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, ali təhsil ocağının rektoru, professor Ədalət Muradovun iştirakı ilə keçirilən “Açıq qapı”da vətəndaşların şikayət və təklifləri dinlənilib.
 
Vətəndaşlar tərəfindən daha çox işə qəbulla bağlı müraciətlər olub.
 
Qeyd edək ki, ADİU-da “Açıq qapı” günü hər ayin birinci şənbə günü keçirilir. Növbəti “Açıq qapı” iyul ayının 5-də keçiriləcək.
 





09.06.2014    çap et  çap et