525.Az

Erməni deputatlar Bakıya gəlir


 

Erməni deputatlar Bakıya gəlir<b style="color:red"></b>

NATO Parlament Assambleyasının “Roz Rot” seminarı çərçivəsində Bakıda keçiriləck beynəlxalq tədbirdə Ermənistan parlamentinin deputat qrupu da iştirak edəcək.

Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə hakim Respublika Partiyasından parlament üzvü Koryun Naapetyan məlumat verib.

Naapetyanın sözlərinə görə, onlar tədbirdə son günlər cəbhənin Naxçıavan istiqamətində insan tələfatı ilə nəticələnən insidentləri diqqətə çatdıracaqlar. “Nümayəndə heyətinin rəhbəri kimi qeyd etmək istərdim ki, biz mütləq cəbhə xəttində baş verən son insidentlərə də diqqət yönəldəcəyik”.

Xatırladaq ki, NATO Parlament Assambleyasının “Roz Rot” seminarı iyunun 16-18-də Bakıda baş tutacaq.

 





09.06.2014    çap et  çap et